Bia.Az

Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxdu

Gündəm
 13-04-2020, 16:11     341

Rusiyanın tanınmış müğənnisi koronavirusa yoluxduRusiyanın tanınmış müğənnisi Stas Mixaylov koronavirusa yoluxub.

“bia.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya İstehlakçılarının Hüquqlarını Müdafiə və Nəzarət üzrə Federal Xidmət də təsdiqləyib.

“Belə xəstəliklə üzləşəcəyimi heç vaxt təsəvvür də etməzdim. Ancaq, təəssüflər olsun ki, həqiqətdir. Federal Xidmət mənim, doğrudan da, koronavirusa yoluxduğumu təsdiqləyib”, - S.Mixaylov "Instagram" səhifəsində yazıb.

Qeyd edək ki, Rusiyada bu günədək 18 328 nəfər koronavirusa yoluxub, 148 nəfər isə pandemiyanın qurbanı olub.скачать dle 12.1