Bia.Az

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı - VİDEO

Gündəm
 11-04-2020, 14:30     339

Deputat vətəndaşlara bank krediti güzəştlərindən danışdı - VİDEOÖlkəmizdə koronavirus infeksiyasının yayılması, xüsusi karantin rejiminin tətbiq edilməsi bank krediti olan vətəndaşları daha çox düşündürür. Lakin banklar tərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb.

Millət vəkili Aydın Mirzəzadə Baku TV-yə bildirib ki, banklar mütləq şəkildə müştərilərinə güzəştə getməlidir:

“Heç kim sabah nə olacağını, vəziyyətin nə zaman normallaşacağını bilmir və belə vəziyyətdə bankların öz müştəriləri ilə əvvəlki kimi davranması, borclarını vaxtında ödəmələrini tələb etməsi doğru deyil”.

Deputat onu da qeyd edib ki, ölkədə özəl banklar üstünlük təşkil etsə də, bu addım bütün banklar tərəfindən eyni zamanda atılmalıdır:

“Azərbaycanda indiki vəziyyətdə elə insanlar və iş yerləri var ki, işləyir, maaşın bir hissəsi ödənilir. Belə halda vətəndaşlar az miqdarda ödəniş edə bilir. Kredit ödənilməsə, müştəri “qara siyahı”ya düşür”.скачать dle 12.1