Bia.Az

“O, YUMŞAQ DESƏM, FRANSIZ FAHİŞƏSİDİR...” – Bizim “feyk Prezidentimiz”, “feyk ölkəmiz”, “feyk müharibəmiz” var...”

Gündəm
 9-12-2022, 14:08     321

“Beləliklə, Putin Azov dənizi daxil olmaqla, Krıma quru yolunu saxlamağı cəmiyyətə I Pyotr səviyyəsində nailiyyət kimi satmağa başlayıb... Putinin artıq hansısa “Napoleon planları” yoxdur. O, indi Ukraynadakı “nailiyyətlərini” xalqa satmaq xəttinə keçib. Bax, budur bizim “feyk Prezidentimiz”, “feyk ölkəmiz”, “feyk müharibəmiz””.

“AzPolitika.info” xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski Vladimir Putinin dekabrın 7-də Prezident yanında İnsan Haqları Şurasının üzvləri qarşısındakı çıxışını şərh edərkən deyib.

Xatırladaq ki, həmin çıxışında Putin növbəti dəfə özünü I Pyotrla müqayisə edib və deyib ki, hələ Çar I Pyotr öz hakimiyyəti illərində Azov dənizinə çıxış üçün mübarizə aparıb. O, daha sonra Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibənin “uzun proses” ola biləcəyini deməklə yanaşı, Rusiyanın Ukraynada bir sıra əraziləri ilhaq etməsini “nəzərəçarpacaq nəticə” adlandırıb.
Piontkovski hesab edir ki, Putin Ukrayna ilə bacarmayacağını bildiyi üçün atəşkəsə nail olub, zəbt etdiyi torpaqların bir qismini əlində saxlamağa və bunu “nailiyyət” kimi təqdim etməyə çalışır. Onun fikrincə, ən pisi də odur ki, Qərbdə Fransa Prezidenti Emmanuel Makron kimi, Putinin planlarına xidmət edən, onu “diriltməyə” çalışan “siyasi fahişələr” var.
Piontkovski buna misal olaraq, Makronun son çıxışlarının birində 2024-cü ildə Fransada keçiriləcək olimpiada ilə bağlı “idman siyasiləşdirilməməlidir” və “Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir” kimi fikirlərini göstərib: “Putin ümid edir ki, Qərb onun tələblərini qəbul edəcək və Zelenskiyə təzyiq göstərəcək. Biz bilirik ki, belə düşünənlər və “düşüncə məktəbi” ABŞ daxilində də olub. Və bir də Fransa Prezidenti... Onun barəsində söyüşsüz danışa bilmirəm. Onu yumşaq çıxsın deyə, “fransız fahişəsi” adlandırardım. O, bu gün səhər yenə bağırıdı. 2024-cü ildə Fransada olimpiada keçiriləcək. Makron indi bədbəxt Baxın (Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax-red.) boğazından yapışıb ki, “böyük Fransa” tələb edir ki, qədim tarixi ənənələrə uyğun olaraq, Ukrayna ilə Rusiya arasında müharibə getdiyi üçün hər iki ölkə olimpiya oyunlarında iştirak etməlidir. Yəni, bu, dəhşətli dərəcədə həyasızlıqdır – həmin bu “böyük Fransa” da daxil olmaqla, bütün sivil dünyanı Rusiya işğalçı ordusundan qoruyan Ukrayna ilə Rusiyanı eyni lövhəyə qoymaq. Makron düzələn deyil. Ancaq xoşbəxtlikdən hazırda Qərbin siyasət kursunu Makron təyin etmir...”
Qeyd edək ki, bundan öncə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba da “Emmanuel Makronun mövqeyi iyrəncdir”, deyib: “Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını öldürüb. İndi də cənab Bax Emmanuel Makrondan sitat gətirir ki, guya “idman siyasiləşdirilməməlidir” və Ukrayna, Rusiya və Belarus idmançılarına bərabər münasibət göstərilməlidir. Müharibə cinayətlərini ağartmaq üçün idmandan istifadə iyrəncdir”.

Göründüyü kimi, Makron Fransası öz iyrəncliyini və “siyasi fahişəliyini” təkcə Azərbaycanla Ermənistan arasındakı proseslərə müdaxiləsində deyil, qlobal siyasətin digər “cəbhələrində” də büruzə verir və buna görə də layiqli cavabını alır. Belə alçalmış bir dövlətin özünü Cənubi Qafqaza vasitəçi simasında soxmaq cəhdləri isə əlbəttə ki, uğursuzluğa düçar olmalı idi və olur da. Azərbaycanın işğalçının qulluğunda duran “siyasi fahişə”nin vasitəçiliyinə və digər “xidmətlərinə” ehtiyacı yoxdur…
скачать dle 12.1