Bia.Az

Gözənəkləri kiçildən badam maskası

Gündəm
 8-04-2020, 11:40     499

Gözənəkləri kiçildən badam maskası
Qüsursuz dəriyə sahib olmaq üçün badamdan istifadə edə bilərsiniz. Badam dərinizin elastikliyini qoruyan E vitamini ilə zəngindir.

bia.az dərinizdəki səpkilərin, qara nöqtələrin və gözənəklərin kiçilməsində müsbət rolu olan badam maskasını təqdim edir.

Ərzaqlar:

Fincan yarım badam

1 yemək qaşığı bal

1 çay qaşığı limon suyu

Hazırlanma qaydası:

Badamları bir gecə suda saxlayın. Daha sonra isə qabıqlarını soyub, əzin. Digər ərzaqlar ilə qarışdırıb alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Ardınca üzünüzü soyuq su ilə durulayın.скачать dle 12.1