Bia.Az

Mədəniyyət Nazirliyinin eyni gündə 1 milyon manatlıq iki tenderinin qalibi - EYNİ ŞİRKƏT OLDU

Fakt
 22-10-2022, 14:58     292

Mədəniyyət Nazirliyi "Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək tədbirlər, festivallar və digər proqramlarda səhnələrin səs sistemlərinin, işıqlandırma, lazer və digər avadanlıqların icarə xidmətlərinin satın alınması" və "XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və " Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı tədbir üçün səhnə avadanlıqlarının quraşdırılması üzrə xidmətlərin satın alınması" tenderlərinin nəticələrini elan edib.

DİA.AZ FED.az-a istinadla xəbər verir ki, hər iki tenderin qalibi "Mozg Media Group" MMC olub. Şirkətlə, birinci tenderlə bağlı 948 min 088 manat, ikinci tenderlə bağlı 70 min 552 manat, ümumilikdə isə 1 milyon 018 min 640 manat məbləğində müqavilə imzalanıb.
скачать dle 12.1