Bia.Az

“Kənd camaatı olaraq təngə gəlmişik” - Göyçayda ÖZBAŞINALIQ

Fakt
 12-10-2022, 14:21     239

DİA.AZ bildirir ki, Göyçay rayon, Qaraxıdır kənd sakini İsrafilov Əlövsət Əjdər oğlu və bir qrup kənd sakini tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçilər bildirirlər ki, Qaraxıdı Bələdiyyəsinin sədri İbrahimov Qurban İbrahim oğlu kəndin örüş sahəsini, yəni 60 hektar torpaq sahəsini qeyri-qanuni şəkildə zəbt edərək, satışa çıxarıb.

“Kənd camaatı olaraq təngə gəlmişik”
“Kənd camaatı olaraq təngə gəlmişik”

Sakinlər deyir ki, bununla bağlı Prezident Administrasiyasın edilən müraciətdən sonra, Bələdiyyə sədrinə ərazinin örüş sahəsi üçün açılması göstərişi verilsə də, Q.İbrahimov PA-nın göstərişinə əməl etmir.

“Kənd camaatı olaraq təngə gəlmişik”, - deyən şikayətçilər “Hürriyyə” vasitəsilə yetkili qurumlara bir daha müraciət edərək, onları problemlərinin həllinə dəstə verməyə çağırırlar.
скачать dle 12.1