Bia.Az

Qaxın İbaxlı kəndində Babək və quldur dəstəsi ətraf meşələrə QAN UDDURUR - Muxtar Babayevın NƏZƏRİNƏ!

Fakt
 8-10-2022, 12:58     413

Meşəni məhv etmək, milləti məhv etməkdir

Qaynarxett.az - Bizim canlı təbiətimizi tənzimləyən amillərdən ən əsası ağaclar olduğunu biz çox yaxşı bilirik. Məhz elə bu baxımdan da respublikamızda tez-tez ağacəkmə kompaniyaları hər il mütəmadi şəkildə kecirilir və bu kompaniyalar zaman keçdikcə davam olacacaqdır. Ağaclar canlı təbiətimizi oksigenlə təmin etməklə yanaşı həm də təbiətə xüsusi gözəllik və yaraşıq bəxş edir. Ağacların bu kimi xüsusiyyətlərindən başqa, daha bir üstün cəhətindən qeyd etmək olar ki, sıx ağacların bitdikləri yerdə yayın isti günlərində havalar bir qədər sərin olur. Necə deyərlər bizi qızmar günəşin isti şüalarından da məhz ağaclar qoruyu. Bu baxımdan da yay aylarında qızmar günəş şüalarından qorunmaq üçün məhz böyük ağacların kölgələri altına çəkilərək istirahət etməyə daha çox üstünlük veririk. Ağacların daha bir üstün cəhətləri budur ki, onların insan orqanizmini lazım olan maddələrlə təmin etmək məqsədi ilə onların bəzi spesifik xüsusiyyətlərinə görə onlardan təbabətdə də geniş istifadə olunur. Buna görə də ağacların hər birini qorumaq, onlara qulluq göstərmək, ağacları qırıb tələf edənlərə qarşı mübarizə aparmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Təəssüflər olsun ki, bəzi şəxslər ağacları qıraraq, məhv edərək bu və ya digər bir üsulla pul qazanmaq məqsədi ilə canlı təbiətimizin qəsdinə dururlar. Belə bir dəstə Qax rayonunun İbaxlı kəndində Babək adlı bir “İŞ ADAMI”nın rəhbərliyi altında fəaliyyət göstərir. Babək və onun ağacqıranlar dəstəsi hər 2-3 gündən bir ətraf rayonun meşələrinə daxil olaraq, ağacları qıraraq, maşınla öz həyətinə gətirir və orada həmin ağacları doğrayaraq, taxtaya və yaxud da yeşik qutularına çevirərək asan pul qazanmaq şərəfinə nail olurlar. Qax rayonunun İbaxlı kəndində Babək qağamızın həyətini hamı “SEX" kimi tanıyır. Belə ki, Babəkin rəhbərliyi altında fəaliyyət göstərən bu “AĞACQIRANLAR DƏSTƏSİ” durmadan meşələri kütləvi şəkildə məhv etməklə “ÖZ BİZNESLƏRİNİ İNKİŞAF ETDİRİRLƏR. YANAŞI”. Beləliklə canlı təbiətimizə qəsd edilir, açıq-aşkar meşələrin soyqrımı törədilir.

Ümümmilli liderimiz və mərhum Prezidentimiz Heydər Əliyevin öz çıxışı zamanı dedikləri sözlərə diqqət yetirək. “Bilirsinizmi bir ağacı böyütmək, ona qulluq etmək bir övladı böyütməyə bərabər şeydir.... ağacları kəsib, onları baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət etməyiblərmi? Kəsilən ağacları bərpa etmək indi çətindir. Onlar hesab edin ki. Mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq- ədalət məhkəməsi qarşısında cavab versinlər”. Yəqin ki, Ümummili Liderimizin bu çıxışı hamımıza tanışdır. Lakin, Qaxın İbaxlı kəndi respublikamızın paytaxtından bir qədərar alıda olduğu üçün yəqin ki, Babək və onun “AĞACQIRANLAR DƏSTƏSİNƏ” bu çıxış barəsində hələ ki məlumat verənlər olmayıb.
Biz bu haqda söhbət etmək üçün “AĞACQIRANLAR DƏSTƏSİNİN BAŞQANI” Babəklə görüşümüz zamanı, o, əsəbi halda “Həmin sexə yaxınlaşan polisi də, ekologiya əməkdaşlarını da, jurnalistləri də əsəbi halda söyərək qeyd etdi ki, mən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə xüsusi razılığa gəlmişəm və mən ancaq onunla birgə iş görürəm. Muxtar Babayevin razılığını aldığıma görə mən heç kimdən nə qorxmuram, nə də çəkinməyirəm. Ağacları doğradığım yer isə mənim həyətimdir. Heç kimin duxu catmaz ki. mənim həyətimə məndən icazəsiz daxil olsun. Əgər kim isə həmin həyətə məndən icazəsiz daxil olarsa, mən həmin şəxsin başını uf demədən kəsərəm.”
Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda illərdir meşələrin qırılması ilə baglı problemlər davam etməkdədir. Babəkin ağacqıranlar dəstəsi və buna bənzər fəaliyyət göstərən bəzi dəstələr törətdikləri əməllərə görə məsuliyyətə cəlb olunmasalar, meşələrimizin tamailə məhv edilməsi problemi ilə qarşılaşacagıq. Mütəxəsislər bildirirlər ki, meşələrin qanunsuz qırılmasının qarşısı vaxtında alınmazsa, ölkədə ağır ekoloji fəlakətlər baş verə bilər, eroziya proseslərinin genişlənməsi, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilərik.

Qeyd edək ki.Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. ancaqBabək və Babəkkimilər məhz Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevlə və Muxtar Babayevin işçiləri ilə əlbir olaraq, mçeşələrimizi talan etdiklərinə görə “bu cür iş adamları” heç vaxtı məsuliyyətə cəlb oluna bilməzlər. Hələ, lazım olanda onlara Muxtar Babayev ağacların daranaraq, və yaxud da bəzi sıx yerdən seyrəltmək məqsədi ilə qırılaraq, Babək kimilərinə satılmasına dair sənəd də təqdim edirlər. Məhz elə buna görə də son zamanlar respublikamızda ekologiya fəlakətləri yaranması ilə tez-tez rastlaşırıq.

Ölkədə yağıntının az olması da bulaqların quruması da məhz ağaclarımızın bu cür iş adamları tərəfindən qırılması və məhv edilməsi ilə də əlaqədardır.

Bütün yuxarıda qeyd etdiklərimizlə əlaqədar olaraq bizə maraqlıdır ki, Babəkin bu “AĞACQIRANLAR DƏSTƏSİNİN” meşələrimizi qıraraq məhv etməsindən görəsən, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və digər əlaqədar təşkilatlara rəhbərlik edən şəxslər nə üçün biganə qalırlar? Yəni, doğrudan da Babək bu cür təbiətimizə qəsd edərək asan yolla pul qazanmalıdırmı? Yəqin ki. Babək Muxtar Babayevdən başqa, digər əlaqədar təşkilatların da vaxtlı-vaxtında paylarını verir ki, indiyə qədər onun bu qanunsuz, cinayət xarakterli əməllərinə göz yumulur.

Babəkin “HƏYƏTİNDƏKİ SEXƏ” gedərkən bir neçə şəkil çəkməyə də nail olduq. Həmin şəkillərə diqqətlə fikir verin, görün bu ağac kötüklərini kimlərin icazələri ilə Babək və onun ətrafında olan şəxslər hansı formada məhv etməyə nail olmuşlar. Bu haqda bizim jurnalist araşdırmamız yenə də davam edəcəkdir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazıriq.

Baloğlan Mirzəli,
şair-jurnalist.




скачать dle 12.1