Bia.Az

Baş həkim Yusif Mürsəlovun YARITMAZLIGI: Biləsuvar Uşaq Xəstəxanasında camaatı soğan qabığı kimi “soyurlar”

Fakt
 30-09-2022, 12:55     367

Ölkədə Səhiyyə sahəsində bu qədər islahatların aparılmasına, hər il büdcədən on milyonlarla vəsaitin bu sahəyə ayrılmasına baxmayaraq Biləsuvar rayon Uşaq Xəstəxanasında əsl bazar ab-havası var.

Bu barədə BİA.az-ın əldə etdiyi məlumatda deyilir.

Baş həkim Yusif Mürsəlovun yarıtmaz fəaliyyətinə görə xəstəxanada nizam-intizamsızlıq hökm sürür.

“Yusif Mürsəlov hər gün bir saatlıq işə dəyib gedir. Elə bil dövlət xəstəxanasının baş həkimi yox, dədə-babadan miras qalmış hansısa obyektin müdiridir. Yusif həkimin işi-gücü elə bil əlillik sənədləri düzəltməkdir, vaxtının coxu Bakıda kecir. Baş həkimin işinə səhlənkar yanaşması bəzi həkimlərdə, tibb bacılarında məsuliyyətsizlik yaradır. Bu xəstəxanada baş verən qanunsuzluqları isə baş tibb bacısı nəinki aradan qaldırmağa çalışır, əksinə bütün “proseslərə” onun rəhbərlik etdiyi görünür. Valideynəri burada soğan qabığı kimi soyurlar”.

Biləsuvar rayon Uşaq Xəstəxanasında ən bərbad şöbə infeksiya şöbəsidir.

“Bu şöbə əsl xəstəlik mənbəyidir. Şöbəyə gətirilən uşaqların vəziyyəti sağalmaq əvəzinə daha da ağırlaşır. Çünki infeksiya şöbəsində savadlı həkimlər yoxdur. İnfeksiya şöbəsində nəinki savadlı həkim, əl yumağa isti su belə tapılmır. Şöbənin otaqları tempraturla da təmin edilmir. Buz kimi otaqlarda uşaqların xəstəlikləri daha da ağırlaşır”.

Biləsuvar rayon Uşaq Xəstəxanasına bir gələn sevinir, bir də qaçıb canını qurtaran.

“Xəstəxanada hər addımbaşı xəstə yaxınlarından pul alınır. Şöbədə yatan xəstələrə heç bir tibbi ləvazimat verilmir. Bu xəstəxanaya gəlmisinizsə çörəkdən, çaydan, salfetkadan tutmuş içməli suya qədər hər şeyi özünüzlə gətirməlisiniz. Tibb bacılarının həkimlərın çoxunun gözü xəstə uşaqların valideynlərinin cibindədir”-məlumatda qeyd edilir.

Səhiyyə nazirliyindən və Biləsuvar rayon Uşaq Xəstəxanasından məlumatla bağlı mövqe öyrənə bilmədik.

Qarşı tərəf xəbərə münasibət bildirə bilər.

BİA.azскачать dle 12.1