Bia.Az

Laçında məktəb direktoru Vaqif Hüseynovun növbəti əxlaqsızlığı

Fakt
 25-09-2022, 21:22     277

İllərlə Laçın rayon Katos kənd orta məktəbində baş verən özbaşınalıqlar, direktor Vaqif Hüseynovun saxtakar və rüşvətxor əməlləri ilə bağlı rəsmi qurumlara və Təhsil nazirliyinə müraciətimiz cavabsız qalmayıb. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Vaqif Hüseynovun qanunsuz əməlləri ilə bağlı bu yaxında geniş yoxlamalar aparılacaq.

Lakin redaksiyamıza daxil olan yeni faktlar Katos kənd orta məkrtəbinin direktorunun növbəti əxlaqsız əməllərindən xəbər verir. Ağcəbədi rayonunda Taxta Körpü qəsəbəsində yerləşən və Hüseynovun qohumları tərəfindən özəlləşdirilən Katos kənd orta məktəbinin direktoru sən demə ailə dağıtmaqla da ad çıxarmaqdadır. Məktəbi qohumlarının şəxsi obyektinə çevirən Vaqif Hüseynovun bacı və yeznələrini saxta yolla işlə təmin etməsi, onlara maaş kartı verməsi, şagirdi olmayan məktəbdə saxta səbədləşmələr aparması gündəmdə olduğu bir zamanda direktorun adının əxlaqsızlıqda hallanması narazılıq və etirazlara səbəb olub. Törətdiyi əməllərə görə qəsəbədə lənətlənən direktorun qohumları hamını şantaj etməldə və döyməklə də ad çıxartmaqdadırlar. Tez - tez içki məclisləri düzəldən içəndən sonra Vaqif Hüseynov evlərə hücumu bacılarının dəstəyi ilə həyata keçirir ki, bu zaman hüquq - mühafizə orqanları qanuni addımlar atmaqsa çətinlik çəkirlər. Redaksiyamız bu məsələ ilə bağlı və Vaqif Hüseynovun "çoban sevgisi" barədə apardığı araşdırmaları ayın 26 - sı işıq üzü görəcək məqaləmizdə diqqətinizə çatdıracaq.

Bununla yanaşı redaksiyamlz tərəfindən Təhsil nazirinə və Nazirlikdə şöbə müdiri cənab Eşqi Bağırova eləcədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə növbəti müraciətini ünvanlamış və Laçın rayonun şagirdsiz Katos kənd orta məktəbinin saxta ixtisaslı direktoru Vaqif Hüseynovun qanunsuz əməllərini araşdırılmasını xahiş etmişdir.

Bizi izləyin...



7gun.org
000
скачать dle 12.1