Bia.Az

Azay Quliyevlə bağlı SENSASİON FAKTLAR – Bir milyon manatlıq MAXİNASİYA – VİDEO + FOTOLAR

Fakt
 29-07-2022, 10:51     311

Büdcə vəsaiti “QHT Nəşriyyatı” adı ilə göyə necə sovruldu?

Təqribən 10 il öncə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təmtəraqlı şəkildə “QHT Nəşriyyatı” yaradıldı. Bu məqsədlə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrıldı.

Agentliyin müşahidə şurasının sədri Azay Quliyev bəyan etdi ki, nəşriyyat qazandığı vəsaiti QHT-lərə ayrılan qrant fonduna əlavə edəcək, bundan sonra maliyyə asılılığı azalacaq. Amma tam əksinə oldu, şura nəşriyyatın saxlanması üçün əlavə vəsaitlər ayırmağa başladı. Üstəlik, bütün qalib QHT-lər məcbur edildi ki, çap işlərini “QHT Nəşriyyatı”nda həyata keçirsinlər.

MƏSƏLƏ İLƏ BAĞLI BİR QƏDƏR ARAŞDIRMA APARDIQ. İLKİN ƏLDƏ ETDİYİMİZ MƏLUMAT O OLDU Kİ, 1 MİLYON MANAT VƏSAİTİN NƏŞRİYYATIN YARADILMASI ÜÇÜN AYRILMASINA MALİYYƏ NAZİRLİYİ ETİRAZ EDİB. UZUN MÜDDƏT DANIŞIQLAR APARILDIQDAN SONRA QHT ŞURASI VƏSAİTİN AYRILMASINA NAİL OLUB. SƏNƏDLƏR ÜZƏRİNDƏ HƏMİN VƏSAİTİN KONKRET HANSI ŞİRKƏTƏ VƏ YA QURUMA AYRILMASI, HABELƏ TENDER KEÇİRİLMƏSİ İLƏ BAĞLI İCTİMAİYYƏTƏ HEÇ BİR MƏLUMAT AÇIQ OLMAYIB. ÇÜNKİ “QHT NƏŞRİYYATI” YENİ YARADILMAMIŞDI, SADƏCƏ MÖVCUD OLAN NƏŞRİYYATIN ADI DƏYİŞDİRİLMİŞDİ. AZAY QULİYEVİN AİLƏ DOSTU RAFİQ HÜSEYNOVA MƏXSUS “ƏBDÜLOĞLU NƏŞRİYYATI”NIN ADI DƏYİŞDİRİLƏRƏK “QHT NƏŞRİYYATI” OLUB.  BELƏLİKLƏ, DÖVLƏT BÜDCƏSİNDƏN AYRILMIŞ 1 MİLYON MANATA BİR NEÇƏ DƏMİR PARÇASI ALINARAQ, KÜLLİ MİQDARDA VƏSAİT SƏNƏDLƏR ÜZƏRİNDƏ SİLİNİB.






















Əməkdaşlarımızın uzun axtarışından sonra “QHT Nəşriyyatı”nın əvvəllər yerləşdiyi məkanı tapdıq. Orada qarşılaşdığımız mənzərə çox acınacaqlı idi. Dövlət büdcəsi hesabına qurulduğu deyilən nəşriyyatın avadanlıqları həyətə tullanılıb, açıq havada saxlanaraq məhv edilib, onların daxilindəki bütün detallar çıxarılıb. Sadəcə metal
parçası halına salınaraq dövlət büdcəsinə külli miqdarda ziyan vurulub. Yəqin ki, aidiyyəti qurumlar, maliyyə nəzarətini həyata keçirən təşkilatlar buna hüquqi qiymət verəcəklər.
Azay Quliyevin pafoslu şəkildə “QHT Nəşriyyatı”nın əhəmiyyəti barədə dediyi sözlər əslində QHT Şurasının fəaliyyətinin bütövlükdə nədən ibarət olduğunu ortaya qoyur.
Sual edirik: Binəqədi sakinlərinin seçimi əsasında parlament üzvü olan Azay Quliyev dövlətin ona etibar etdiyi vəsaiti belə qoruyurdumu? Bu məsələdə ona kim və ya kimlər havadarlıq edir?
Ümid edirik ki, bu sualların cavablarını aidiyyəti qurumlar araşdırmaqla verəcəklər.

KONKRET.azскачать dle 12.1