Bia.Az

Memarların tenderi... Tenderlərin MEMARI... - Heç qırxı çıxmayıb...

Fakt
 21-04-2022, 13:51     338

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

BİA.az yeniavaz.com-a istuinadla xəbər verir ki, tender müsabiqəsinin qalibi “Branso Lıne” MMC (VÖEN: 1007413661) olub.
Memarlıq və İnşaat Universiteti təsərrüfat və elekrik mallarının alınması üçün “Branso Lıne” MMC-yə 96 min 794 manat 50 qəpik ödəyəcək.
Məlumat üçün qeyd edək ki, 97 min manatlıq tenderin qalibi olan “Branso Lıne” MMC müsabiqə elanından (04.03.2022) təxminən bir ay əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də yerləşir. “Branso Lıne” MMC-nin qanuni təmsilçisi Abdullayeva Elvira Vaqif qızıdır.
Onu da bildirək ki, “Branso Lıne” MMC ötən ay Memarlıq və İnşaat Universiteti və AMEA-nın Fizika İnstitutu tərəfindən keçirilən daha 2 tender müsabiqəsinin qalibi olub. Adları qeyd olunan qurumlara ümumilikdə 61 min 803 manatlıq mətbəə məhsulları satılıb.
Heç bir təcrübəsi olmadığı halda qısa müddətdə 2 təhsil ocağına ümumilikdə 158 min manatlıq məhsul satan şirkətlə bağlı maraqlı məqamlardan biri də odur ki, son dövrlərdə “Branso Lıne” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir-neçə şirkət də qeydiyyata alınıb.
“Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:



скачать dle 12.1