Bia.Az

TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video

Fakt
 4-01-2022, 16:32     618


Kecən sayımızda iş adamı Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribovun meşələrə necə divan tutması, xüsusilə meşə zolaqlarında narkotik bitkilərin becərilməsinə himayədarlıq etməsi barədə məlumat vermişdi. Şikayətci bildirirdi ki, 2020-ci ilin may ayında Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində meşə zolağında Zərdab rayon sakini Qazıyev Zaur Faiq oğlu və İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlunun 2457 ədəd narkotik bitki olan çətənə kolu və 6 kiloqram qurudulmuş marixuana ilə tutulmaları barədə rəsmi açıqlama verdi. O vaxt həmin meşə zolağının meşəbəyisi Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribovun doğmaca qardaşı İsgəndər Qəribov idi. Əfqan Qəribov qardaşı İsgəndər Qəribovla birgə gözətçisi işlədiyi ərazidə hektaryarım sahədə narkotik bitkilər yetişdirmişdi, 3 km məsafədən həmin əraziyə su çəkilmişdi. Bütün bunlara rəgmən Əfqan Qəribov köhnə tarixə, yəni mart ayında qardaşının işdən çıxması barədə əmr imzalayaraq onu bu cinayət əməlində "qoruyub". Amma indi hər şey elektron sistem olduğu üçün nazirliyin bütün sənədlərində həmin dövrdə İsgəndər Qəribovun həmin vəzifədə işlədiyi barədə, onun əmək haqqı alması haqda sübutlar var.

Şikayətci iddia edirdi ki, bütün bu işlərdə Əfqan Qəribovun arxalandığı şəxs onun əmisi Cabbar Qəribovdur ki,.həmin şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühüm post tutur.

Nədənsə yazı dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ciddi faktlara susqunluq nümayiş etdirdi. Deyir, sən saydıgını say, gör fələk nə sayır. Qaynarxett.az-a təqdim olunmuş bu video-süjet Şamaxı rayonunda, "Şamaxı plaza"nın yanından saga Agsuçay istiqamətində təqribən 1 kilometr çaya catmamış sol tərefdə cəkilmişdir. Həmin ərazidə "Toyuq ferması" da yerləşir. Deyilənə görə bu narkotik plantasiya da Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Əfqan Qəribova məxsusdur.

Faktla baglı Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsini icra edən Ramin adlı şəxslə telefon əlaqəsi saxlamaga calışsaq da baglantı mümkün olmadı.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video
TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video

TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video

TƏCİLİ XƏBƏR! Şamaxıda Əfqan Qəribovun NARKOTİKA PLANTASIYASI - Şok video

Qaynarxett.az
скачать dle 12.1