Bia.Az

Hacı İbrahim Nehrəmlinin qardaşının daha bir QURBANI... - ÇƏKİŞMƏ...

Fakt
 21-12-2021, 15:07     276

Vətəndaş İskəndərov Ziyəddin Məhəmməd oğlu öz həyat yoldaşı İsgəndərova Vəfa Culu qızının adına "Sahil -D Kompani” MMC dən 2008-ci ildə aldığı mənzili onun əlindən zorla alıb, başqasına vermək istəyirlər.

Qeyd edək ki, sözügedən mənzil qanuni çıxarışla bu ailənin mülkiyyətinə aiddir. 2021-ci ilin oktyabr ayında məlum olub ki, Samirə Səfərova adlı bir xanım mənzilin ona aid olması ilə bağlı məhkəmə iddiası qaldırıb. Nə qədər qəribə olsa da , işə baxan Xətai Rayon Məhkəməsi vətəndaşın qanuni evinin başqasına verilməsilə bağlı qərar çıxarıb.



Hacı İbrahim Nehrəmlinin qardaşının daha bir QURBANI...
İskəndərov Ziyəddin Məhəmməd oğlu

"Sahil -D Kompani” MMC şirkəti Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova aiddir. Sahib İbrahimov məhz bu məsələyə görə həbs olunmuşdu.

Xalqxeber.az Azinforum.az saytına istinadən qərardan narazı qalan vətəndaşdan videomüsahibə alıb. Həmin videomüsahibəni təqdim edirik.



скачать dle 12.1