Bia.Az

Qanunlar Cavid Qurbanov üçün deyil? - İTTİHAM

Fakt
 25-03-2020, 15:21     502

Qanunlar Cavid Qurbanov üçün deyil? - İTTİHAM"Azərbaycan Dəmir Yolları" QSC Nazirlər Kabimetinin göstərişlərinə əməl etmir. PİA.az-a ünvanlanan şikayət məktubunda bildirilir ki, azyaşlı uşaqları olan qadınlar yenə də işə çıxarılır.

Şikayət məktubunda qeyd olunur ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə aid bütün rabitə və işarəvermə idarələrində çalışan azyaşlı uşaqları olan qadınların Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqları onsuz da pozulurdu, heç bir güzəşt də verilmirdi: "İndi, dövlətin bütün resurslarını koronavirusla mübarizəyə sərf etdiyi bir vaxtda, karantin rejiminin tətbiq edildiyi, hətta strateji obyektlərdə belə, xüsusi məhdudiyyətli rejimə keçilməsi - azyaşlı uşaqları olan analaraın, 60-dan yuxarı yaşlı şəxslərin maaşı saxlanılmaqla 1 aylıq məzuniyyət verilsə də, Nazirlər Kabinetinin bu göstərişləri ADY-də icra olunmur. Sanki bu idarə Azərbaycanın yox, başqa ölkənin qurumudur", deyə şikayətçilər bildirirlər.

Şikayətlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə yaratmağa cəhd eləsək də cəhdimiz uğursuz oldu. Məsələ ilə bqğlı qurumun mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1