Bia.Az

Ağcabədidə CƏNGƏLLİK QANUNLARI... - FAKT BUDUR!

Fakt
 20-10-2021, 15:10     19

Ağcabədi rayonunun Aran kəndi sözün əsil mənasında daş dövrünü xatırladır desək yəqin ki, yanılmarıq. İlin günün bu vaxtında bu kəndtə nə içməyə su var nədəki öz mal-qaralarını otarmaq üçün örüş sahələri. Kənd sakinlərinin müraciəti əsasında biz öz çəkiliş qrupumuzla Ağcabədinin Aran kəndinə yola düşdük. Həqiqətən deyilənlərin doğru olduğunu öz gözlərimizlə gördük. Döğrudanda kəntdə nə içməli su var nədəki heyvanları otarmaq üçün öruş yerləri. Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb bu kəndə su çəkilməsi həyata keçrilsədə Aranlı kəndinə su gəlməyib ki gəlməyib. Kənd sakinləri bildirdilər ki, ayrılan vəsaiti aidiyyatı üzrə sərf olunsaydı bu gün kəndimizin içməli su problemi olmazdı. Axı qonşu kəndlərə su gəldiyi halda necə olur ki, bizim kənd içməyə su tapa bilmir. Doğrudan da bu kəndin İcra nümayəndəsi Bələdiyyə sədri hara baxır bu problemin həll olunması üçün niyə rayon rəhbərliyinin qarşısında məsələ qaldırmır. Əməkdaşımızın kənd icra nümayəndəsi, bələdiyyə sədri ilə əlaqə saxlamaq cəhdi uğursuz oldu telefonlar söndürüldü zəngimimizə cavab verən olmadı, məcbur qalıb icra nümayəndəliyinə üz tutduq iş vaxtı omasına baxmayaraq inzibati binada heçkimi tapa bilmədik. Əlbətdə də başa düşüləsidi deyiləsi sözləri yoxdur. Kənd sakinləri rayon rəhbərliyinin qəbulunda dəfələrlə olduğlarını desələrdə məsələ yenədə öz həllini tapmayıb. Görünən odur ki, Ağcabədi rayonu cəngəllik qanunları ilə idarə olunur, gördüklərimiz bizi bu qənaətə gətirdi. Ümüd edək ki, Ağcabədi rayonunun məsul şəxsləri cənab prezidentin ümüdlərini doğrulmağa çalışacaqlar, əks halda cənab prezidentin dedyi kimi onlarda məsuliyyətdən kənarda qalmayacaqlar.
Daha ətraflı videosujetdə:


Redaksiyamız adı çəkilən qrumlarıda dinləməyə hazırdir. //bolgexeber.com//скачать dle 12.1