Bia.Az

Masallı RTŞ-nin müdirindən nazirə şikayət: "Məktəbdə"açıq bazar" yaradıb"

Fakt
 13-10-2021, 23:11     318

Dəfələrlə mətbuatda Masallı Rayon Təhsil Şöbəsinin yarıtmaz fəaliyyətilə bağlı məlumatlar yayılıb.
 

Masallı sakinləri rayonun təhsil sistemində dərin kök salmış  neqativ hallarından narazılıqlarını ifadə edirlər.
 
Sözügedən məsələ ilə bağlı Bolgexeber.com-un redaksiyasına növbəti şikayət Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin müəlliməsi  Rəcəbli Nilufər Yaşar qızından daxil olub.
Nilufər Rəcəbli saytımız vasitəsilə Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərovun özbaşınalıqları ilə bağlı Təhsil naziri Emin Əmrullayevə müraciət edir.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
 
“Hörmətli Cənab Nazir,sizə müraciət edərək öz şikayətimi bildirmək istəyirəm.Masallı rayon təhsil şöbəsinin müdiri Taryel Əkbərov öz vəzifəsindən istifadə edərək Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə dərs bölgüsünü ,dərs satışına çevirərək "açıq bazar" yaratmışdır. Öz şəxsi konfliktləri əsasında,dərs saatımı qanunsuz kəsərək mənim rüsumumu azaltmış,kollektiv arasında şəxsiyyətimi alçaltmış,məni imtahandan kəsilən müəllimlərlə bir tutaraq hər kəsin yanında təhqir etmiş,səni bu məktəbdə işləməyə qoymayacam ifadələri işlədərək hər kəsin içərisində şəxsimi təhqir etmişdir.Masallı rayon R.Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetərincə dərs saatı olmasına baxmayaraq,şəxsimə qanun çərçivəsində ayrılan dərsləri əlimdən alaraq,dövlətdən aldığım rüsumumu kəsmişdir.Özünə müraciət etdikdə isə cavabı "Təhsil şöbəsini pulla almışam", "burada mənə heç kim qarışa bilməz" ,"bura mənim şəxsi yerimdir", " heç kimdən qorxmuram, hara şikayət edirsiniz edin" ifadələri ilə olmuşdur. Taryel Əkbərov bu kimi ifadələrlə yanaşı, təhsilə, təlimə yaraşmayan bir çox ifadələrlə biz müəllimləri təhqir edərək,kinayə ilə şəxsimizi təhqir etmişdir.

Taryel Əkbərov
Mən bu dövlətə,dövlətçilikə,elmə ,təhsilə xidmət edən bir müəllimə olaraq,bilmək istəyriəm ki, dövlət müəssisəsində baş vermiş bu öz başınalıq nə vaxta kimi dəvam edəcək?
Dərslərimizi kəsərək,daha sonra bizə pulla satmağa çalışan bir təhsil rəhbəri,Masallı kimi tərbiyəli,savadlı insanları olan bir rayonda təhsili məhv səviyyəsinə çatdırmışdır.Taryel Əkbərovun devizinə çevrilən " pulumu verib təhsil şöbəsini almışam" ifadəsi,düz deyilsə,əgər həqiqətən də Masallı rayon təhsil şöbəsi, Taryel Əkbərovun dediyi kimi onun şəxsi obyektinə çevrilməyibsə,xahiş edirəm tez bir zamanda şikayətimə baxılsın.Və təhsilə layiq olmayan,məktəbə içkili halda gələn,danışığını,müəllimlərlə rəftarını,şəxsi zəminində istədiyinə  dərs yükü azaldıb,istədiyindən dərsləri alıb,öz kefinin istədiyi kimi təhsili məhv edən Taryel Əkbərov kimi insan susdurulsun.İllərdir çalışdığım məktəbdə yenidən haqlarımın bərpa olmasını tələb edirəm.

Hörmətə : Rəcəbli Nilufər Yaşar qızı"
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
скачать dle 12.1