Bia.Az

Zəngilan RİH-nin “Mеmarlıq və tiкinti şöbəsinin müdiri Zərifə Həmzəyeva, həm də QHT sədridir- Zərifə Həmzəyeva gəmidə oturub gəmiçi ilə dalaşır…

Fakt
 17-08-2021, 01:18     787

Zərifə Həmzəyevanın  qadınlara məsləhət, tövsiyyə verməyə mənəvi haqqı varmı ? Bizim müstəqil dövlətimizin yaşı  bir neçə aydan sonra 30 il olacaq. Yəni elə də uzun dövlətçilik təcrübəmiz yoxdur. Məhz bu səbəbdən dövlət təfəkkürü, dövlət ədəb-ərkanı və s dəyərlər  bizdə hələ oturuşmayıb. Əgər adamda  dövlət təfəkkürü, dövlət ərkanı olsaydı başa düşərdi ki, dövlət məmuru  loru dildə desək, bir əlində 2 qarpız tuta bilməz. Dünyada məmurun bizneslə məşğul olması az qala 100 ildir ki, qadağan olunub. Amma bizdə hansı məmuru tərpədirsən altından  biznes şəbəkəsi  çıxır. Sanki  buna bir cəmiyyət olaraq öyrəşmişik. İndi də təzə problemlər peyda olub. Baxırsan, rəsmi qaydada dövlət məmurudur, dövlət qurumunda mühüm vəzifə daşıyır, dövlətdən maaş alır və…Bəli, həmin məmur həm də Allah qoymasa, Qeyri-Hökumət Təşkilatının rəhbəridir. Hələ bir az qurdalasan, ya SOROS-un adamı olacaq, ya da Fətullah Gülənin.Bu adamlar  dövlət qulluğunda çalışa-çalışa, dövlətin resurslarından istifadə edərək, müxtəlif  layihələrə rəhbərlik edir, külli  miqdarda qrant alır, saxta yolla hesabat verir, çirkli pulları silir  və həm də dövlət qurumunda  kreslonu məngirləyir. Cənab İlham Əliyev  2003-cü ildə hakimiyyətə gələndə ilk iclasda konkret dedi ki, kim siyasətlə məşğul olmaq istəyirsə, gedə bilər, qapı açıqdır…Bəli, ölkənin daxili və xarici siyasətini  Prezident müəyyən edir. Məmur kimdir ki, siyasətlə məşğul ola, onun işi icraçılıqıdr. Bu uzun girişi yazandan sonra keçək konkret ünvana. Bəli, Zəngilan Rayon İcra Hakimiyyətinin  Memarlıq və tikinti şöbəsinin müdiri  Zərifə Əhməd qızı Həmzəyevə həm də  Qeyri-Hökumət Təşkilatının təmsilçisidir. Daha dəqiq  desək, “Məcburi köçkün qadınlar” İctimai Birliyinin  sədridir. Zərifə xanım belə demək olarsa, qadınların problemləri və hüquqları ilə məşğul olur, onlara maarifçilik  dərsləri keçir, tövsiyyələr verir. Ay Zərifə xanım, zəngilanlılar demiş, “Əlin yağlıdırsa, birinci öz başına çək”. Siz nə vaxtdan  qadınlara tövsiyyə verən, məsləhət verən, doğru-düzgün yol göstərən olmusunuz. Sizin özünüzün keçdiyiniz ömür yoluna nəzər salanda adam deməyə söz tapmır. Axı, məsləhət vermək üçün adamın mənəvi haqqı olmalıdır. İkincisi, mənəvi tərəfi qoyaq kənara, siz dövlət məmurusunuz, şöbə müdirisiniz. Yeri gəlmişkən, Zəngilanda hansı tikinti ilə bağlı, yaxud tarixi memarlıq abidələri ilə bağlı təklifiniz olub ? Memarlıq hara, qadın hüquqları hara ? Yaxşı, neçə illərdir  bacınızla  birgə aldığınız  qrant pullarının hesabatını necə vermisiniz ? Ümumiyyətlə, hesabat vermisinizmi ?Deyirlər qadınlara məsələt verirsiniz. Sirr deyilsə, xanımlara nə tövsiyyə edirsiniz ? SOROS  müəllim deyir ki, ZAQSA-zada ehtiyac yoxdur, qadın-kişi  kəbinsiz də , yəni ictimai  qaydada ər-arvad ola bilər. Sizin özünüz  bu məsələni hansı yolla yoluna qoyursunuz ?Yeri gəlmişkən, sirr deyilsə, sizin ZAQS-ınız varmı ?Bu yerdə yadımıza bilirsiniz nə düşür? “Ulduz”  filmindəki  Nazikin  alim ər axtarması…Zərifə Həmzəyeva, hərdən vaxtın olanda, bir dön, keçmişinə bax…Nə isə, Zərifə Həmzəyeva, məmurluğunuzu, QHT rəhbəri olduğunuzu birtəhər başa düşdük. Amma bilin ki, donos  yazmaqla  heç nəyə nail olmaq mümkün deyil. Bəlkə, işinizi  buraxıb  jurnalistika ilə məşğul olmaq istəyirsiniz ?Bəlkə, könlünüzdən icra başçısı olmaq keçir…Zərifə Həmzəyeva, bizim redaksiyamıza demək olar ki, hər gün Zəngilanın hörmətli insanları təşrif buyurur, fikirlərini bildirir və daha çox sizin əməllərinizdən şikayət edirlər..Axı, siz  Zəngilanın məmurusunuz, başınıza iş qəhətdir ?Siz gəmidə oturub, gəmiçi ilə dalaşırsınız ? Bir hərəkətlərinə kənardan bax, özün qiymət ver də..Biz kiməsə xatir bir çox mətləbləri qabartmadıq, siz də bir özünüzə əl gəzdirin də, danışığınıza fikir verin dəə..Deyirsiniz, Vəli  Bayramovla ər-arvad olmusunuz, onun yeganə varisi sizsiniz. Bəs görəsən Vəli Bayramovun zaqslı kəbinli həyat yoldaşı və onun uşaqları haradadır? Onlar nə üçün varis deyillər?  Olsun, xoşbəxt olun. Biz heç kimin vəkili deyilik. Amma ədalət naminə Zəngilan Ziyalılarının dediklərini təsdiqləmək bizim də borcumuzdur. O ki qaldı Vəli Bayramovla evlilik məsələnə bunun bizə heç bir aidiyyatı yoxdur. Amma Pərvanə xanım soruşur ki, sizin zaqsınız, kəbininiz olubmu? Bunu təsdiq edən bir sənədin varmı ? Yoxsa, elə sənədsiz-filansız tapışmısınız..Nə isə, Zərifə Həmzəyeva, bacınla birləşib məcburi köçkün qadınlara yardım adı altında pulları  talayırsınız. Bunun altlndan çıxa biləcəksinizmi, cənab xanım məmur, xanım QHT-çi ?Bunu yaxın zamanda  görəcəksiniz…скачать dle 12.1