Bia.Az

"Kontakt Home"un daha bir FIRILDAĞI... - Vətəndaş İFŞA ETDİ

Fakt
 25-06-2021, 11:29     287

""Kontakt Home"un kampaniyası var ki, əgər malı başqa bir rəsmi şəbəkədən daha ucuz tapsanız, eyni malı sizə 120% ucuz qiymətə verəcəyik". DİA.AZ bildirir ki, bunu Azər Baycan adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qurpundakı paylaşımında qeyd edib.

Daha sonra narazı vətəndaş yazır: "Mən də tənbəllik etməyib tapmışam və tapdığım mağaza "İnex" in rəsmi satış mərkəzidir. Nə az nə çox iki qat ucuz qiymətə...

İndi "Kontakt Home" deyir ki, bu "şəbəkə" deyil "satıcıdır"... Bunlar hesab edirlər ki, rəsmi satış mağazası, ünvanı olan yer "satıcı"dır... Mütləq ölkədə bir neçə mağazaları olmalıdır...

Kontakt home 409 AZN
İntex 175 AZN

Sualım belədir dostlar siz bunu yalan, fırıldaq hesab edirsinizmi?"


İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...




скачать dle 12.1