Bia.Az

“Təmiz Qaz”da əmək haqqı üsyanı - işçilərin maaşını kəsirlər?

Fakt
 19-06-2021, 12:11     390

2016-cı ilin martında yaradılan və ölkənin bütün regionlarını əhatə edən “Təmiz Qaz” QSC-də əmək haqqı üsyanı yaşanır. QSC-də çalışan yüzlərlə işçinin əmək haqqı heç bir səbəb göstərilmədən 30-40 faiz azaldılır.

Bu haqda “Yeni Müsavat”a məlumat verən QSC-nin adının çəkilməsini istəməyən içiləri deyiblər ki, bu ilin 31 mayından bütün işçilərə yeni müqavilə təqdim edilib: “Müqavilədə əmək haqları 30-40 faiz az göstərilir. Yəni 500 manat alan bu müqaviləyə imza atırsa, növbəti aydan 340-350 manat alacaq. Bu gün ölkədə ciddi şəkildə pulun qiymətdən düşməsi prosesi var. 100 manata 5 günlük azuqə ala bilmirik. Əmək haqqımızı artırmaq əvəzinə kəsirlər. Etiraz edirik, deyirlər ki, yeni müqaviləni imzalamayanlar işdən çıxarılacaq. Burada bizimlə çiyin-çiyinə işləyən 2-ci Qarabağ müharibəsinin iştirakçıları da var. Onların da əmək haqqını kəsirlər”.

Elnur Məmmədov

“Yeni Müsavat” əməkdaşı olaraq məsələ ilə bağlı “Təmiz Qaz” QSC-nin direktor müavini Elnur Məmmədovla əlaqə saxladıq. Müavin “məndə bu haqda məlumat yoxdur” dedi.
скачать dle 12.1