Bia.Az

Penitensiar Xidmətdə biabırçılıq

Fakt
 10-06-2021, 13:36     756

Ədliyyə Naziri Fikrət Məmmədovun müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun qanunsuz əməlləri ilə bağlı ölkə mətbuatında bu günə qədər kifayət qədər materiallar dərc olunub.

Onun adı rüşvətdə, korrupsiyada və digər qanunsuz işlərdə çox hallanıb. Lakin aidiyyatı orqanlar tərəfindən heç bir araşdırma aparılmayıb. Əgər Ceyhun Həsənovla bağlı şikayətlər obyektiv araşdırılsaydı, ən yaxşı halda, o, vəzifəsindən azad edilməliydi. Deyilənlərə görə Ceyhun Həsənov da Bəylər Əyyubovun adamıdır və çox ciddi qorunur. Məhz buna görə Ədliyyə Naziri Fikrət Məmmədov Ceyhun Həsənovdan çəkinir.

Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovla bağlı 7gun.az-a olduqca ilginc məlumat daxil olub. Həmin məlumatda bildirilir ki, Ceyhun Həsənov Penitensiar Xidmətin kadrlar İdarəsinin rəisi Əflatun Məmmədov vasitəsilə vətəndaşlardan Penitensiar Xidmətdə işə düzəltmək adı ilə ümumilikdə 250 min manatdan artıq pul alıb. Ancaq bu günə qədər pul verən vətəndaşların heç biri işə qəbul olunmayıb. Pullarının qaytarılmasını tələb edənlər isə hədə-qorxuya məruz qalıblar. Onların bəzilərinə deyilib ki, əgər hay-küy olarsa, işə Bəylər Əyyubov qarışacaq. Aldanılan şəxslərin hər birindən 15-20 min manat civarında pul alınıb.

Şikayətçilərin bəziləri deyir ki, verdikləri pul tez bir müddətdə geri qaytarılmazsa, onlar Prezident Adminstrasiyası önündə etiraz aksiyası keçirəcəklər. Görəsən, aldadılan şəxslərin pulları qaytarılacaqmı?

7GUN.az məsələ ilə bağlı Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqovla əlaqə saxlayıb. O, deyilənlərin həqiqət olmadığını, belə bir hal varsa, hüquq mühafizə orqanlarına müraciət olunmasının vacibliyini bildirib.скачать dle 12.1