Bia.Az

Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldı

Fakt
 12-03-2020, 17:45     428

Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldıTürkiyədə mənzillənmiş azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimova qarşı bir müddət əvvəl qaldırılmış və onun fətullahçı terror təşkilatı FETÖ ilə əlaqələrdə ittiham olunduğu cinayət işi “dəlillərin yetərsiz olduğu” üçün bağlanıb. Lakin Mənsimova qarşı dərhal yeni cinayət işi açılıb.

bia.az xəbər verir ki, bu barədə Türkiyədə nəşr olunan “Yeni Akit” qəzeti yazır. Qəzet Mənsimova qarşı açılan ikinci cinayət işinin təfərrüatları barədə məlumat vermir, eyni zamanda qeyd edir ki, iş adamının bu dəfə nədə ittiham olunduğu məlum deyil.

Mübariz Mənsimova qarşı cinayət işi bağlandı, dərhal təzəsi açıldı

Mənsimovun özü isə dünən axşam İstanbul xəstəxanalarından birinə yerləşdirilib. Onun bir neçə gün əvvəl əməliyyat olunduğu xəbər verilirdi. “Qafqazinfo” bildirir ki, Mənsimovun səhhəti yenidən ciddi ölçülərdə pisləşib və onu xəstəxanaya aparıblar.скачать dle 12.1