Bia.Az

Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM

Fakt
 27-04-2021, 12:06     83

General Xaqani Cəbrayılovu cəmiyyətimiz hansısa igidliyinə, rəşadətinə, hərbi qabiliyyətinə görə deyil, yalnız bircə “hünərinə” görə tanıyır.

Bəli, bir müddət əvvəl Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları bir qrup yüksək çinli hərbçiləri, generalları qəbul edərkən bizim “hünərli” generalımız adını və soyadını səhv salaraq Xəqaniyev Cəbrayil...Cəbrayılov Xəqani.. deyərək özünü gülünc vəziyyətə qoydu.
Cənab generalın başqa “hünər”indən cəmiyyətimizin xəbəri yoxdur. Bəli, cənab general gücünü ermənilərə qarşı deyil, arvadlara göstərir, “hünəri”ni arvadların üzərində yoxlayır.
Bu general başa düşmür ki, kişi olan qadın xeylağına güc göstərməz. Amma kimə deyirsən, general vətənpərvər, snayperçi qızlarımızı ləkələməklə ad çıxarıb, “hünər” göstərib.
Generalın başqa hünəri əsgərə “Sənin atan vətən xaini olub” deməkdən ibarət olub. Yəni general sıravi əsgərə öz gücünü göstərmək istəyib. Amma zaman kimin satqın, kimin vətən xaini olduğunu ortaya qoydu, cənab Xəqani Cəbrayılov.
Xəqani Cəbrayılov Şəhrizad xanımla da “hünər” yarışına çıxıb, MAXE düzəltməkdən xeyli pul qazanıblar.
Bir sözlə, Xəqani Cəbrayılov şərəfli GENERAL adını daşımağa yox, dana-duna saxlamağa layiq birisidir. Yəni bunun əsl yeri ORDU deyil, FERMA-dır, bu adam əsl bazar alverçisidir.
Görəsən dövlətdən konkret maaş alan general bu boyda sərvəti necə toplayıb ?
Sabiq birlik komandirinin Sumqayıt və Xızı ərazilərində böyük fermaları, restoran və kafeləri fəaliyyət göstərir:
- Sumqayıt şəhərində restoran, kafe və marketləri;
- Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində restoranı;
-Xızı rayonunun Şorabad kəndi və Yaşma qəsəbəsi ərazilərində hektarlarla sahəni əhatə edən donuz ferması;
- Xızı rayonunun Altıağac qəsəbəsi ərazisində torpaq sahələri və istirahət mərkəzi;
- Xızı rayonu ərazisində heyvandarlıq təsərrüfatı.
- Ölkə xaricində biznesi.
Xəqani Cəbrayılovun biznesini hazırda əmisi oğlu davam etidirir. Generalın əmisi oğlu Şəmkir və ətraf rayonlardakı qospitallarda, hərbi hissələrdə olan kafe və çay evlərini işlədir, qazandığı pulları generala göndərir.
Yuxarıda əbəs yerə qeyd etmədik ki, cənab general ancaq qadınlara qarşı güc göstərə bilir.
Bəli, generalın ləkələdiyi vətənpərvər hərbçi-snayper qızlardan biri də Flora xanımdır.
Xəqani Cəbrayılovun köməkçisi Nemət Babayev Flora ilə nə məqsədlə ailə qurmuşdur ?
Bu barədə növbəti yazıda tanış ola bilərsiniz.
Bizi izləyin.
//gundelik-baku.com//скачать dle 12.1