Bia.Az

CƏNGƏLLİYİN 4 SAYLI ABŞERON ƏRAZİSİ...

Fakt
 22-04-2021, 14:46     479

Tələb edilən rüşvəti verə bilmirsənsə, hansısada kriminal dairədən tapşırıq yoxdursa  "ə  lakin  dövlət reyestri  xidmətinin 4 daylı Abşeron ərazi idarəsi"nə  getmək yersizdir.

1-2-3 saylı "qeydiyyat" otaqları kolxoz bazarlarıdı.

Vətəndaşı dinləmək,doğru istiqamətləndirmək kimi İnsanlıq duyğuları sıfırla-sıfır arasındadır.

Tövlə təfəkkürlü məmurlar qapıda duran Polis əməkdaşlarınıda öz çirkin niyyətlərinə bulaşdıraraq,qəbula gələn hər kəsdən mənfəət gözləyir.
Şəhid ailəsi,Qazilərə olan etinasızlıq,hörmətsizlik dövlət siyasəti kimi aşılanır.

Belə ki,bu həssas kateqoriyadan olan Vətəndaşları saatlarla qapıda gözlətdikdən sonra, onları dinləyib problemlərini həll etməli olan məsul şəxslər "get hara istəyirsən, şikayət et"lə yolla salınır.

Bu ölkədə şikayət ediləsi dövlət qurumu varmı?

Olsaydı,yüzlərlə Vətəndaş Zaur-Xoşqədəm Baxşəliyevlər səhnəsinin qurbanı olardımı???

Olsaydı,problemlərinin  çıxış yolunu intiharda görərdilərmi???

Xalqa qarşı bu qədər aqressiv yüklənmiş  ə  lakin dövlət  reyestri  xidmətinin 4 saylı Abşeron  ərazi  idarəsi  dövləti və vətəndaşı təmənnasız,rüşvətsiz,tapşırıqsız tanıyardı...!

Analoqsuz inkişaf budurmu?

Vəhşi cəngəllik qanunlarının Dövlətlə-Qanunla heç bir əlaqəsi yoxdur.

Araşdırmalar davam edir.

İnci  Osmanqızı
скачать dle 12.1