Bia.Az

AAYDA-nın Prezidentə və Xalqa əks YOLu...

Fakt
 31-03-2021, 11:32     473

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni YOL çəkir. Yolun adı isə Prezidentə və Xalqa əks yoldur. Agentliyin sədri Saleh Məmmədovun rəhbərliyi ilə çəkilən bu YOL Azərbaycan Respublikasının Prezidentinin bütün tapşırıq, çağırış və göstərişlərinə ziddir. Bu YOL xalqın bütün mənfəətlərinə əksdir. Lakin Agentliyin rəhbərliyinin tam mənfəətinə uyğundur."

BİA.AZ-a məlumat verən mənbə bildirir ki, ölkə başçısı tərəfindən tez-tez dövlət qurumlarının müvafiq rəhbərlərinə düzgün, şəffaf işləməyi, korrupsiya hallarından yayınmağı, Azərbaycan Respublikasının qanunlarına əks getməməyi, insanların işinin daha asan həll edilməsini, dövlət qurumlarına və onun rəhbərlərinə vətəndaşların əlçatanlığının rahat olması, problemlərin aradan qaldırılması üçün uyğun köməkliklərin göstərilməsi və s. kimi tapşırılar verilir. Bu səbəbdən ölkə başçısı tərəfindən kadr, struktur, siyasi və iqtisadi islahatlar aparılır. Kök salmış qocaman və dələduz məmurlar vəzifələrindən uzaqlaşdırılır. Korrupsiyaların qarşısı alınır. Dövlət büdcəsinə qənaət edilir. Lakin AAYDA-da...

Gəlin AAYDA-nın bunlara  əks YOLunu birlikdə təhlil edək, görək bu yolda nələr baş verir, kimlər hansı oyunlardan çıxır, niyə Xalqa və Prezidentə əks gedilir.

“Şəxsi ailə biznesi” kimi idarə olunan bu önəmli dövlət qurumunda Xalqa və Prezidentə əks olan hər bir hal var. AAYDA Cavid Qurbanovun rəhbərlikdən getməsindən sonra tam yaşlı ailə biznesinə çevrilmişdir. Sədr postuna Saleh Məmmədovun gətirilməsi ilə öz yaşlı ətrafını mühüm vəzifələrə təyin etmişdir. Bəs bu şəxslər belə mühüm vəzifələrə layiqdirmi?


Sədr müavini Əvəz Qocayev – çalışdığı illər ərzində haqqında yüzlərlə mənfi məqalə yazılan bu şəxs saysız hesabsız sərvətin sahibinə çevrilib. Öz mülklərinin adını unutduqda axtarış sistemlərindən rahatlıqla mülk siyahısına baxa bilər. Əvəz Qocayevin Agentliyin sədri və digər müavin Hüsnü Quluyevlə ilə aralarında baş verənlər haqqında əvvəlki vaxtlarda xeyli məqalələr yayımlanıb. Qısa olaraq deyə bilərik ki, bu şəxslər arasında dövlət resurslarının bölüşdürülməsi aparılır. Bəs niyə hələ də qane olmurlar? Əvəz Qocayevin əsas hədəfi Agentliyin sədri olmaqdır yoxsa? Əlavə olaraq qeyd edək ki, Əvəz Qocayevin Ziya Məmmədovla yaxınlığına dair xeyli məlumatlar var.



Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də AAYDA sədrinə yaxınlığı ilə tanınan, bütün gizli maliyyə sövdələşmələri, xarici ölkələrə transferləri həyata keçirən, MMC-lərlə pul haqq-hesabını edən mühüm bir şəxsdir. Dövlət vəsaiti hesabına milyonluq sərvətə yiyələnən bu şəxs çirkli pulları xarici ölkələrdə leqallaşdıra biləcək ölkədə sayılı şəxslərdən biridir.

Agentliyin müşavirlərindən biri Fizuli Musayev özünü hələ də prokuror zənn edir, Agentliyin nəzdində fəaliyyət göstərən MMC-lərin istər direktorlarına, istərsə də çalışanlarına hər cür təziq göstərir. Təbii ki, öz maraqları çərçivəsində. Xüsusilə MMC-də çalışan hansısa bir işçi nədənsə şikayətçi olarsa, onu susdurmaq üçün müxtəlif yollara əl atır. Bəs onun bu arxayınlığı, gücü, bir sözlə ən mühüm qurumlardan birində “at oynatması” hardan irəli gəlir?! Kiçik bir araşdırma ilə müəyyən oldu ki, onun gücünün qaynağı Agentliyin aparat rəhbəri Tariyel Pənahovdan gəlir. Onun da, Saleh Məmmədovla yerli və ona yaxın biri olması barədə məlumatlar var. Aparat rəhbəri kimi məsul bir vəzifədə olan şəxsin səlahiyyətləri hər kəsə məlumdur. Vəzifəsindən yetərincə suiistifadə edən 68 yaşlı rəhbər öz qohumu olan müşavirə istənilən şəraiti yaradır. Beləliklə “qardaşlar” əlbir olub, onlar da bir tərəfdən dövlət qurumuna böyük zərbə vurur. Əldə etdiyimiz məlumatlara görə bu “qardaşların”  da kurasiyasında olan bəzi MMC-lər var. O MMC-lər ki, direktorlarından bir çox işçisinə kimi öz dostları, qohumları və yaxınlarını yerləşdiriblər. Bundan əlavə olaraq, müəyyən böyük layihələrin icraçısı da məhz bunlara yaxın şəxslərdir.

Digər müşavirlərdən biri, Şəki şahini, Şahin İbadov. Biz bu yazını yayımlayarkən belə adamın vəzifəsi dəyişsə şaşırmayın. Sədrin müşaviri, beynəlxalq məsələlər üzrə müşavir, Nəqliyyat idarəsinin rəisi və s. şöbə rəisliyi kimi digər vəzifələri icra etmiş bu şəxsin niyə bu qədər çox və tez-tez vəzifə dəyişməsi sual doğurur. Çox savadlı və etibarlıdır yoxsa evin ərköyünüdür? Şəkidə öz maddi gücü və reketliyi ilə ad salmış bu şəxs Şəkidə yerləşən yol istismar idarəsinə də öz yaxın qohumunu gətirib. Başqa MMC-lərin rəhbərliyində də öz adamları var. Hətta belə ki, Agentliyin aparat rəhbəri Tariyel Pənahovla Şahin İbadov arasında MMC-lərdən birinə sahibklənmək üstündə mübahisələri düşmüş, zərər çəkənlər isə kiçik işçilər olmuşdur. Mübahisənin həlli kimi isə yeni bir yol istismar idarəsi yaradılmış və hər iki tərəf razı salınmışdır.

Yaxın günlərdə Agentliyin yol istismar MMC-lərindən birinin direktoru Əli Şirinov haqqında müəyyən məlumatlar yayımlandı. Bu xəbərlərin ardından həmin şəxs işindən azad edildi. Bəs yerinə kim gəldi? Ondan əlavə olaraq bir digər məqalələrdə yaşı 65 üzəri olan bir neçə şəxsin də işindən azad edilməsi haqqında yazılar yayımlanmışdı. Bəs onların yerinə kimlər gətirildi? Oğlu, qardaşı, qardaşı oğlu, nəvəsi və ya çox yaxın öz adamı? Bəli, çıxarılanlar sadəcə üzdə görünən hissəsidir. Yerlərinə öz yaxınları gətirildi.

Agentliyin hansı vəzifəli şəxsinə baxdıq ailə üzvlərindən,öz qohumlarından və ya ən yaxınlarından kimlərisə AAYDA-da bir vəzifədə gördük.

Bunlara kim səlahiyyət verib ki, mühüm dövlət qurumunu öz şəxsi ailə biznesinə çevirsin? Bəs bu yaşlı qocamanlara kim ixtiyar verir ki, dövlətin resurslarını, büdcəsini öz mənfəətləri üçün istifadə etsin? Onları əvəz edəcək savadlı, təcrübəli, vicdanlı, dövlətə, xalqa sadiq kadr yoxdurmu? Bu kimi dövlət qurumlarında kadr siyasətinin daha çox qohumçuluq və himayəçilik prinsipi ilə həyata keçirilməsi gündəlik həyatımızda vətəndaşların ən çox əziyyət çəkdiyi problemlərdən biridir. Əsas sual burda yaranır, Bəs bu yaşlı dələduz rəhbərlər kimdir, kimə arxalanırlar, Agentliyin sədri niyə bu qədər şərait yaradıb bunlara? Əlbəttə sədr öz qohumlarını Agentliyin ən mühüm vəzifələrinə yerləşdirərsə, onlar da özlərindən sonra öz qohumlarını, öz adamlarını yerləşdirmək istəyər və özbaşınalıqların sayı hesabı bilinməz. Nümunə olaraq yol istismarı MMC-lərinə rəhbərlik edən avtomobil yollarının təmiri və istismarı baş idarəsinin rəisi Əflatun Qasımov. Baş idarə  rəisi Əflatun Qasımov Agentliyin sədri Saleh Məmmədovun qudasıdır. Bu şəxs də sərvəti və MMC-lər üzərindəki hakimiyyətilə seçilir.

Göründüyü kimi, qurumdakı hər bir aparıcı şəxsin dövlətin resursları və büdcəsi hesabına öz gəlir mənbəyi, sərvəti var.

 AAYDA-nın Prezidentə və Xalqa əks YOLu da gündəlik istifadə etdiyimiz yollar kimi qanuna uyğun olmayaraq standartlardan kənar və keyfiyyətsizdir.

AAYDA rəhbərliyinidən Prezidentə və Xalqa əks yol ilə getməməyi töfsiyə edirik. Yoxsa, cöxlarının yolu KÜRDƏXANIya düşəcək!

ARDI VAR...

BİA.AZ
скачать dle 12.1