Bia.Az

Mərkəzi Ordu İdman Klubunda “hərbi səfərbərlik biznesi” - İTTİHAM

Fakt
 10-03-2021, 10:51     487

Hərbi prokurorluq nə üçün sabiq rəis Rəşad Quliyevin əməllərini yoxlamır ?

Orduya çağırış, yəni səfərbərlik məsələsi son 10-15 ildə əməlli-başlı biznesə çevrilib. Əslində bunu yaradan da məmurlardır.
Axı, kasıbın 20-30 min manatı varmı ki, övladını istədiyi hərbi hissəyə saldırsın. Yəni haraya fırlatsan da nəticə yenə də rüşvətə, korrupsiyaya gəlib çıxır.
Bəzən deyirlər ki, ordu ilə bağlı məsələ həssas məsələdir. Bəli, razıyıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz torpaqlarımızı azad etdi. Və hər birimiz ordumuzla qürur duyuruq. Ancaq bu o demək deyil ki, gördüyümüz problemləri yazmayaq.
Əksinə cənab Prezident özü dəfələrlə media mənsublarına müraciət edib ki, problemləri işıqlandırın, ictimailəşdirin.
Bizim də məqsədimiz hərbi səfərbərliyi özünün şəxsi biznesinə çevirən zabitlərə diqqəti yönətməkdir.
Bəli, uzun illər Bakıda yerləşən Mərkəzi Ordu İdman Klubu ( MOİK ) sözün həqiqi mənasında rüşvət və korrupsiya yuvası olub. Təsəvvür edirsiniz, bu hərbi hissədə qulluq etməyin qiyməti nə az, nə çox, 40-50 min arasında olub. İndi bu rəqəmi vurun əsgərlərin sayına, sonra alınan nəticəni illərə vurun...
Görün, MOİK-in sabiq rəisi polkovnik-leytenant Rəşad Quliyev kimi zabitlər bu illər ərzində neçə milyonlar qazanıb.
Rəşad Quliyev bu pulları təkcə həzm edə bilməzdi.
Bu MOİK-lə bağlı bir epizodu yada salaq.
Bir neçə il əvvəl tanınmış jurnalist İlkin Əhmədov Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı facebook-da status yazmışdı. “Elman Rüstəmovun oğlu mənim əsgərim olub. Cəlilabadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı digər məmur övladları kimi. Yadımdadır ki, o hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb sağa-sola, sonra komandirə baxıb dedi: “Əmi, bura da pis deyil a, bəlkə burada qalım”.
Bəli, məmur balaları and içməyə 100 minlik avtomobildə gedir, sonra hərbi and içib Bakıya MOİK-ə gəlirdilər.
İndi də həmin əməllər, al-verlər davam edir.
Sadəcə, cənab Rəşad Quliyevin vəzifəsini bir az da böyüdüblər. O, hazırda Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində polkovnik rütbəsində, İdman kafedrasında idman rəisi kimi çalışır.
Ancaq MOİK-də baş verən külli miqdarda rüşvət və korrupsiya hallarını, daha dəqiq desək Rəşad Quliyevin cinayət əməllərini nə üçün Respublika Hərbi Prokurorluğu araşdırmır ?
Görəsən, MOİK-də baş verənlərə MN-nin rəhbərliyi nə üçün göz yumur ?
Bu suallara cavab tapmağa çalışacağıq.

Bizi izləyin. //gundelik-baku.com//скачать dle 12.1