Sahil Babayev saxta əmək kitabçalarını paylayan şəxsi regional idarəyə müdir qoydu
Hər ərazinin öz makleri var. O işbazlar vasitəsi ilə müəyyən rüşvət müqabilində Ünvanlı Sosial Yardımlar təyin edilir. Alınan vəsaitin çox hissəsi rəhbərliyə çatır.
Bütün ünvanlı sosial yardım təyinatları “makler”lər vasitəsi ilə təyin edilir. Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son illər ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı manitoring aparılsa, hər şey üzə çıxacaq. Hər “makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur. Real vəziyyət ölkədə budur.
Adamı olmayanlar bu yardımdan məhrum olur.
“6 aydır müraciət etmişəm Sosial Müdafiə Nazirliyinə. İmtina cavabı verirdilər. Nəhayət karantin dövründə, karonovirusa yoluxduğum zaman nazirlikdən yoxlama gəldi bizim evə. Özünü nazirliyin əməkdaşı kimi təqdim edən şəxs açıq işarə etdi ki, 3 aylıq pulu əvvəlcədən rüşvət kimi vermək lazımdır. Məndə o pul olmadığı üçün nazirliyin əməkdaşının “bığlarını yağlaya” bilmədim. Elə bu səbəbdən həmin əməkdaş mənim şəxsi təsərrüfatım olmaığı halda başqasının təsərrüfatın ayağıma yazdı. Nəticədə yenə imtina gəldi.
Yerli DSMF-nin müdiri Zamin Əliyev və müavini Qabil Rufullayevlə əlaqə saxlamışam. Deyirlər ki, o məsələ nazirlikdi, bizlik yox. Amma sonradan məlum olurrki, biz Nəzərovlar ailəsinə ünvanlı sosial yardımı verməmək üçün elə bu iki şəxs həmin əməkdaşı yollayıb.”
Yardımlının Tahirli kənd sakini Nəzərov Etiqad KAİM.az-a yazır ki, “Zamin Əliyevin fəaliyyəti haqda müxtəlif orqanlara yazıb. Vətəndaş qeyd edir ki, “Nizami” adına sovxozda onlarla adama saxta əmək kitabçası, işlədikləri iş cədvəlləri saxta yolla yazılaraq verilib:
“Bu boyda cinayətdən sonra Zamin Əliyevi Masallı 8 saylı regional idarəyə müdir təyin ediblər. Demək nazirlik bu işlərdə maraqlıdır. Bu haqda DTX-ya da yazacam. Dövlətin malını yeyib dağıdırlar.”
P.S Qarşi tərəfi dinləyə bilərik.