Lənkaran “Mero”da rüşvət tarifləri- Hər şey “qanuniləşdirilib”
Lənkəran Regional qeydiyyat-imtahan mərkəzindən yenə şikayət var.
Əslində bu şikayəıtlər həmişə ya sürücülük vəsiqəsinin satılması ilə, ya da avtomobilin texniki baxışıdan keçməsinə görə əlavə alınan rüşvətlə bağlı olurdu.
Sən demə xalq arasında “Mero” kimi tanınan bu idarədə “gəlir” yerləri daha çox imiş.
Yardımlı sakini Əliqismət Həsənovun Kaim.az-a yazdığı şikayətdə xeyli maraqlı məqam var.
Şikayətçi bildirir ki, özünə məxsus avtomobili iranlı dostuna verib ki, satsın. O da maşını Bakıxanov qəsəbəsində olan avtosalona gətirib. Satlığa qoyanda tapşırıb ki, maşın satılsın, amma nömrə qalmalıdı. Avtosalon rəhbəri isə maşını nömrəqarışıq satıb. Maşın Lənkarana gətirilib. Və Lənkəran Regional qeydiyyat-imtahan mərkəzində biləsuvarlı bir vətəndaşın adına sənədləşdirilib. Nömrə də onun adına keçib. Halbuki Əliqismət ona nömrə üçün notarial kontorda icazə verməli idi.
Bu bir qanunsuzluq.
Əliqismət Həsənov özünə yeni avtomobil alarkən nömrəni Lənkaran “Mero”da verməyblər. Deyiblər get maşının yiyəsindən icazə al. O da gedib notariusda yazılı icazə alıb. Gətirib verib “Mero”ya. Maşını adına keçirmək üçün dövlət rüsumundan ikiqat artıq pul-160 manat alıblar. Həsənov şikayətlə birbaşa rəis müavini olan Raqim adlı zabitin qəbuluna girib.
O da deyib ki, biz belə işləyirik, əlin hara çatır şikayət et.
Yəni bu idarədə hər bir əməliyyatın dövlət rüsumundan əlavə rüşvət meyarı da qanuniləşib. Kimsədən çəkinmədən alırlar, hər bir qanunsuzluq edirlər.
P.S. Qarşı tərəfi dinləyə bilərik.
BİA.AZ