Bia.Az

Astarada karantin qaydalarını vəzifəlilər pozur... - FOTOFAKT

Fakt
 29-01-2021, 12:56     460

Koronavirusun tüğyan etdiyi bir vaxtda, karantin qaydalarına məhəl qoymadan Astaranın deputatı Rəşad Mahmudov və böyük qardaşı icra başcısının 1-ci müavini Allahverən Mahmudov 28 yanvar axşam saatlarında rayonun mənzərəli restoranlarından birində yeyib–içib şəkil çəkdiriblər.

BİA.az bildirir ki, “ASTARA- ŞAHAĢACİ-AZƏRBAYCAN” qrupunda Rashad Madatov da həmin fotonu paylaşaraq ağır sözlərlə status yazıb.
"1-ci hörmətli deputat Rəşad Mahmudov, 2-cisi deputatın böyük qardaşı və Astara İcra başcısının 1-ci müavini Allahverən Mahmudov... başa düşdük qardaşdırlar... yeyib-icirlər və bu normaldır….. Mənə cox maraqlı olan budur ki, 3 cü nəfər olan Tofiq... o Tofiq ki Astara Rayon Şeyakaran və Şahaagac kəndlərini satan bu şəxs bu 2 nəfərin yanında nə edir? Bunlar o dələduzun havadarıdırlar, yoxsa?.. Bütün Azərbaycan bilir ki, bu Tofiq mənə 250 min manatdan cox ziyan vurub, amma bunlar o "maşennik"nən yeyib-içirlər...

Mən məcburam ki, bu şəkili Cənab Prezident İlham Əliyevə göndərim…daha başqa yolumuz qalmadı...”

Qeyd edək ki, Astarada karantin qaydalarının deputat Rəşad Mahmudov və icra başcısının 1-ci müavini Allahverən Mahmudov tərəfindən pozulması, Azərbaycan Bayrağına hörmətsizlik sosial şəbəkə istifadəçilərini hiddətləndirib.

Qardaşların belə bir hərəkəti pislənərək, onlar haqqında qanuni ölçü götürülməsi də tələb edlib. /KAİM.az

Astarada karantin qaydalarını vəzifəlilər pozur... - FOTOFAKT

BİA.AZ
скачать dle 12.1