Bia.Az

Rövşən Bağırovdan Ərdoğana ŞİKAYƏT OLUNDU - "Bu vəziyyətə insan dözə bilərmi?"

Fakt
 19-01-2021, 17:00     161

Türkiyə Respublikasının Prezidenti

Rəcəb Tayyib Ərdoğana

Surətləri:

1. Rusiya Federasiyasının Prezidenti

Vladimir Vladimiroviç Putinə

2. Azərbaycan Respublikasının

Dövlət Təhlükəsizliyi Xidmətinin

rəisi Əli Nağıyev cənablarına

3. DİA.az xəbər portalının

redaktoru Məhəmməd bəyə

Azərbaycan Respublikasının Lerik rayonunda yaşayan II qrup əlil, zərərçəkmiş Kazımova Gülbehişt Kəlbi qızı tərəfindən

MÜRACİƏT

Çox hörmətli Rəcəb Təyyib Ərdoğan!

Ucqar dağlıq rayonu olan Lerikdə yaşayıram. II qrup əliləm. 2009-cu ildə Lerik rayonunda ev almışdıq. Həmin evi illərlə topladığımız halal zəhmətimizlə əldə etmişdik. Yəni, pulumuzu verib evimizi almışdıq. Əvvəlcə danışdığımız 10.00 (on min) manat pulun yarısını Lerikin İcra başçısına verdik. Qalan yarısını isə verə bilmədik. Buna səbəb İcra Başçısının həyat yoldaşımı aldatması oldu. Yoldaşımın əlindəki işi ondan aldı. Yalan vədlər verdi. Sonradan isə ona iş vermədi. Elə bu səbəbdən də pulun qalan hissəsini ödəyə bilmədik. Sonda Lerikin İcra başçısı qərəzkarlıq edərək evimizi, düz 10 il sonra, qanunsuz olaraq əlimizdən aldı. Hal-hazırda isə qaynatamın 1980-ci ildə mal-qara üçün tikdiyi bir yarımtikilidə daldalanmışıq.

Hörmətli Türk qardaşım!

Azərbaycan Respublikasında ikinci ildir ki, faktla bağlı etdiyimiz müraciətlərə tədbir görülmür. Bir qədər dəqiq desək, iki ildə 2000-ə yaxın müraciətlər etmişik. Üraciətlərimiz əsasən Azərbaycan Respublikasının Ali Dövlət Orqanlarına olub. Lakin işimizə pəl vuranlar bizim haqlı şikayətimizi Azərbaycan Respublikasının Prezidentinə çatdırmırlar. Hesab edirəm ki, müraciətlərimiz ölkə Prezidentinə çatsaydı, onda indiyədək tədbir görülmüş olardı.

Dini, dili və əqidəsi bir olan qardaşım Ərdoğan!

Mən el məclislərində olarkən Sizə elimizin dualarını etdirirəm. Bir müsəlman qardaşı kimi Sizin apardığınız siyasəti də mən ürəkdən bəyənirəm.

Ailəmizdə də dualar edərkən Sizi unutmuruq. Birinci Sizə dua edirik. Mən özüm “Qurani – Kərim”i mütaliə edirəm. İbadətlə məşğulam. Hazırda isə əli “Quran”lı, dili dualı olan bir azərbaycanlı xanımın hətta başının yaylığı da Lerik rayonunda erməni vandallarının ayaqları altındadır. Bu vəziyyətə insan dözə bilərmi?

Azərbaycan Respublikasının Prezident Administrasiyasında bir çoxu ölkə Prezidentinə və onun atasına düşmənçilik mövqeyi nümayiş etdirirlər. ölkədə rüşvətxorluq, korrupsiya halları baş alıb gedir. Kimsə kimsənin kitabını oxumur. Nəticədə ölkə Prezidentinə və onun apardığı siyasətə kölgə salınır. Sizin ölkəmizin Prezidenti ilə səmimi dostluq münasibətlərimizdən xəbərdarıq. Bir qardaş olaraq Azərbaycana göstərdiyiniz diqqət və qayğıya görə Sizə qəlbən minnətdarlığımı bildirirəm.

Hörmətli qardaşım və Əziz Türk xalqının Prezidenti!

Sizdən kömək və üdmi gözləyirəm. Halaca evimizin geri qaytarılmasında bizim ailəyə yardımçı olun. Böyük hörmətlə:

Kazımova Gülbehişt Kəlbi qızı
Azərbaycan Respublikası, Lerik rayonu
II qrup əli
скачать dle 12.1