Bia.Az

Qazax icra başçısı və oğlunun 500 minlik avtomobilləri və rayondakı 3 min işsiz...

Fakt
 20-12-2020, 15:19     518

“Dekabr ayının 14-dən sərt karantin tədbiq edilir. Əla. Dəstəkləyirəm. Sağlamlıq önəmlidir.

Geriyə qalır “kiçik” bir problem. İnsanların sərt karantin dönəmində acından ölməməsi…

Vikipedik məlumatlara görə 2019-cu ilin siyahıya alınmasında Qazax rayonunun 28 min əhalisi var. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin Dövlət Məşğulluq idarəsinin internet saytında verilən məlumata görə Qazaxda 3 minə yaxın işsiz adam var. Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və oğlu Elşən Babaşovun sürdükləri “BMW” və “Range Rover” avtomobillərinin 2-sinin bir yerdə qiyməti 500.000 avrodan çoxdur.”

Bunu sosial şəbəkədə aktiv olan vətəndaşlardan biri yazıb. Sonra o irinoya ilə davam edib:

“Növbəti 1 aylıq pandemiya dövründə ikisi də avtomobilini satıb pandemiyaya görə işini itirən, müharibədə əlini, ayağını, gözünü ayağını itirən insanlar arasında bölsələr insanlar bu çətin dönəmi keçirərlər.” /Aktualxeber/
скачать dle 12.1