Bia.Az

Səfər Mehdiyev necə olur ki. MÖVQELƏRİNİ QORUYUR... - İDDİA

Fakt / Redaktorun seçimi
 20-12-2020, 15:12     336

"Dövlət Gömrük Komitəsi ilə bağlı bəzi hüquqi yenilənmələr olacaqdı. Amma Səfər Mehdiyev bu dəfə də mane olmağı bacardı. Hətta Nazirlər Kabineti də bu gün Dövlət Gömrük Komitəsi rəhbərliyindən asılı vəziyyətdə görünür". Bu şok iddia DİA.AZ-a göndərilən məqalədə yer alıb.

Məqalə müəllifi bildirir ki, DGK rəhbərliyi israrla müdafiə olunmaqla yanaşı, dəyişikliklərə təsir imkanı olan qurumlarla da "xoş münasibətlər" qurur ki, bu da nəhayətdə gömrüklə bağlı çoxdan planlaşdırılan dəyişikliklərin ertələnməsinə və yaxud da birdəfəlik olaraq gündəmdən çıxmasına səbəb olur.

Dia.az bildirir ki, məqalədə sübuta yetirilməsi bir redaksiya üçün az qala imkansız olan bəzi ittihamlar da yer aldığından yazılanların tamamını təqdim etmirik. Amma bəzi iddiaları olduğu kimi nəzərənizə çatdırırıq:

"Səfər Mehdiyev sanki hamını satın alıb. O köhnə üsullarla işləməyi sevir. İndi də qarşıdan yeni il gəlir. DGK sədri bir oxlarının hədiyyələrini artıq paketləşdirib. Gömrük şefini işini belə yola verir. HƏDİYYƏ SİYASƏTİ ilə..."

Dia.az xatırladır ki, bir müddət əvvəl Səfər Mehdiyevin dekabrın sonlarında yolan salınacağı haqda iddialar da səslənmişdi. İndi isə görünəni odur ki, artıq DGK şefi özü ilə bağlı planlara "sirayət etməyə" müvəffəq olub...

İddia olunanlarla bvağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1