Bia.Az

ŞABRANDA 40 MİLYONLUQ MÜƏMMALI TENDER - Sahibkar şikayət etdiyi icra hakimiyyətindən 40 milyonluq tenderi necə udub?

Fakt
 18-12-2020, 10:40     48

Bu gün mətbuatda Şabran Rayon İcra Hakimiyyətinin abadlıq işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurulduğu barədə məlumat yayılıb. Belə məlum olur ki, 40 milyon manat dəyərindəki həmin tenderi "Şabran-D" MMC qazanıb.

Əlbəttə ki, ilin-günün bu vaxtında abadlıq işləri adı altında büdcədən 40 milyon manatın “qoparılması” heç də təqdirəlayiq və yerində atılan addım təəssüratı bağışlamır. Və belə görünür ki, “tender oyunları” nə müharibəyə, nə də pandemiyaya baxmadan davam etdirilir.
Lakin bu məlumatda diqqət çəkən məqam həm də bu tenderi udan “Şabran D” MMC şirkəti və onun rəhbərinin Şabran rayon İcra Hakimiyyətilə münasibətidir.
Məsələ ondadır ki, hələ ötən ilin əvvəlində “Şabran D”-nin rəhbəri Bədəlov Cəlal Bayram oğlu Şabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyovu rəsmi şəkildə rüşvətdə və dələduzluqda günahlandırmışdı.
Bununla bağlı onun Şabranın polis rəisi və icra başçısına açıq məktubu mətbuatda dərc olunub. Həmin məktubu diqqətinizə çatdırırıq: “Məlumat üçün bildirmək istəyirəm ki, mən Bədəlov Cəlal Bayram oğlu “Şabran D” MMC-nin direktoruyamŞabran rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mehdi Balabəyov Şabran rayonunda aparılan quruculuq işlərinin və yeni layihələrin tenderində iştirakıma razılıq vermək məqsədi ilə məndən pul istəmiş və mən də bu tenderin uğurlu nəticələrinə və onun yalan vədlərinə inanaraq ona 227000 (iki yüz iyirmi yeddi min) manat pul verdim. Sonradan bu şəxs tərəfindən aldadıldığımı görüb, vermiş olduğum pulları ondan geri istədim.

Mehdi müəllim çox get-gəldən sonra 5 nəfərin iştirakı ilə məndən aldığı puldan 50000 (əlli min) manatpul qaytardı və yenə də gözləməyi təklif etdi. Lakin o, sonradan qalan pulumu qaytarmadı. Onun bu hərəkətləri ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Mehdi Balabəyov öz həmkarları tərəfindən müdafiə olunaraq, məndən aldığı pulları qaytarmaq istəmir.


Mən bu dəfə Sizə Mehdi Balabəyovun səs yazılarını və görüntülü video çəkilişini əks etdirən diskləri göndərir və xahiş edirəm ki, bu faktın araşdırılmasına, Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyovun əməllərinə hüquqi qiymət verilməsinə və məndən mənimsədiyi pulların qaytarılmasına köməklik göstərəsiniz".
Göründüyü kimi, sözügedən şirkət direktoru Cəlal Bədəlovla icra başçısının 1-ci müavini Mehdi Balabəyov arasında ciddi maliyyə konflikti olub və bu fakt yerli mediada tirajlanıb.
Lakin maraqlıdır ki, bütün bunlardan sonra Şabran İcra Hakimiyyətilə Cəlal Bədəlov necə anlaşa biliblər və görəsən, başçının birinci müavininin ondan qopardığı 227 min manat bu tenderin qarşılığında “silinib”, ya yox?

Cəlalскачать dle 12.1