Suraxanıda Qazinin evi suyun altında qaldı... - amma kimsənin UMRUNDA DA DEYİL...

Suraxanı rayonu, Dədə Qorqud yaşayış massivində yaşayan Qarabağ müharibəsi veteranının evini Bakıya yağan güclü yağışlar səbəbindən sel sularına qərq olub. "DİA-AZ" xəbər verir ki, bu barədə həyəcan təbili çalan ictimai-siyasi fəal Əli Orucovun sözlərinə görə, maddi durumu qənaətbəxş olmayan Qarabağ Qazisi üzləşdiyi problemlə bağlı bütün əlaqədar qurum və instansiyalara müraciət etsə də, xeyri olmayıb.
Qeyd edək ki, evi su altında qalan qazimiz Allahverdiyev Tacəddin İsgəndər oğludur.
Ərazidən fotoları təqdim edirik: