Cəlilabad Tibb Kolleci 1 nəfər mühafizəçi üçün 34 min manat ödəyəcək

CƏLİLABAD TİBB KOLLECİ Tədris binasının mühafizəsi üçün elan etdiyi tenderə yekun vurulub.
Kanal15 xəbər verir ki, Cəlilabad Tibb Kolleci mühafizə xidmətinin satınalınması ilə bağlı “TİİM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ilə müqavilə bağlayıb.
Tenderin ümümi dəyəri 1 post üçün 9 ay müddətində 33.950 AZN olub.
Təxminən buda 1 nəfər mühafizəçi üçün aylıq 3772 AZN təşkil edir.
Əməkdaşımız araşdırıb ki, qeyd olunan posta çıxan mühafizəçinin əmək haqqısı təxminən 450 manatdır.
Nəzərə alsaq ki, obyekt 24 saat mühafizə olunur və 2 növbəlidir bu məbləğ təxminən 1000 manata qədər gəlib çıxa bilər, ama heç bir halda 3772 AZN ola bilməz.
Müqayisə üçün qeyd edək ki, Cəlilabad rayon Mərkəzi Xəstəxanası 10 nəfər mühafizəçi üçün, 11 ay müddətində cəmi 84 min manat pul ödəyib. (1 nəfər üçün aylıq 733 AZN, mühafizə 24 saat təşkil olunur).
Müqayisədəndə aydın görünür ki, CƏLİLABAD TİBB KOLLECİnin mühafizə xidməti üçün ödədiyi məbləğ şişirdilmış məbləğdir.
Ardı var…..