Bia.Az

271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Fakt
 20-04-2024, 11:18     333

Bir neçə gün bundan əvvəl deryaz.az xəbər portalının redaksiyasına Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbdə baş verən bir çox problemlərlə bağlı müəyyən məlumatlar daxil olmuşdu. Daxil olan məlumatlarda bildirilir ki, məktəbin ibtidai sinif müəlliməsi Bağırova Səltənət Zahid qızı 29 avqust 2023-cü il tarixdə müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və o, 40 imtahan balı, 21 müsabiqə balı toplamışdır. Buna baxmayaraq, hal-hazırda Səltənət Bağırova öz ixtisası üzrə, yəni ibtidai sinif müəlliməsi işləmir. Daxil olan məlumatlarda o da qeyd olunur ki, bu gün o, ibtidai siniflərə yalnız musiqi dərsindən və texnologiya fənnindən dərs keçir. Başqa bir məlumatda o da bildirilir ki, Səltənət Bağırovanın adı ştat cədvəlində ibtidai-sinif müəlliməsi olaraq getsə də, eyni zamanda onun adına sinif müəlliməsi olaraq əməkhaqqı yazılsa da, hal-hazırda o, ibtidai siniflərə yalnız texnologiya fənnindən və musiqi dərsindən dərs keçir. Baxmayaraq ki, 2023-cü ilin sentyabr ayında Səltənət Bağırova məktəbin direktoru Səbinə Qasımovanın qəbulunda olur. Həmin vaxt direktor ona ibtidai sinif verəcəyinə vəd versə də, sonda Səbinə Qasımova verdiyi vədinə əməl etmir.

Qeyd edək ki, redaksiyamıza bu yöndə məlumatlar daxil olduqdan sonra, məktəbin direktoru Səbinə Qasımova ilə əlaqə saxlamaq və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək üçün bir neçə dəfə cəhd etsək də, təəssüflər olsun ki, bu yöndə istəyimiz baş tutmadı.

Hər dəfə telefona cavab verən şəxslər bir bəhanə gətirərək Səbinə xanımın yerində olmadığını söylədi.

Ona görə də ümid edirik ki, aidiyyatı qurumlar, 271 nömrəli tam orta məktəbdə yaşanan belə bir problemin aydınlaşdırılması, eyni zamanda bu yöndə aparılmış araşdırmaların nəticəsi ilə bağlı tabeçiliyindəki qurumlara lazımı tapşırıq verəcək

Deryaz.az
скачать dle 12.1