Bia.Az

Ağsunun Köhrüc meşələrinə kimlər QƏNİM KƏSİLİB - ŞOK ADLAR

Fakt
 16-04-2024, 17:28     910

Ağsu rayonunun Xanbulaq kəndinin Köhrüc ərazisində meşələr mütəmadi olaraq qırılır, satılır, məhv edilir. 

Redaksiyamıza daxil olan yeni məlumatlara görə, Köhrüc meşə massivində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib. Yerli əhali isə son illər nadir və qiymətli ağac növlərinin sürətlə məhv edilməsində 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzini günahkar bilirlər. Gələn şikayətlərə görə, Köhrüc ərazisində meşələr vandalcasına məhv edilir. Kənd camaatı bununla bağlı müvafiq instansiyalara, eləcə də ekologiya və təbii sərvətlər nazirliyinə çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir.

Məlumata görə Ramin Mehdiyev Şamaxı rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə rəhbər vəzifəsinə keçəndən sonra bu sahədə vəziyyət daha da ağırlaşıb. Bildirək ki, bu gedişlə Köhrüc ərazisindəki meşələrində ağac qalmayacaq. Əslində hec burada elə də agac qalmayıb. Təxminən 500 hektar meşənin az qala 70-80 faizi məhv edilib. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər, meşə işcilərinin özləridirlər. Bildirək ki, (Girdiman meşəbəyisi) müavinlik də Ramin müəllimə həvalə olunub. Onun xəbəri olmadan meşələrdən bir quru agac belə kəsilə bilməz. 

Məlumatda bildirilir ki, Köhrüc ərazisində meşələrin məhv edilməsində sahə rəisi Əhliman Quliyevin, meşəbəy Bəbir Məmmədovun da "əməyi"
böyükdür. Meşələrə qənim kəsilənlərin başında isə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Firqət Camalov durur.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər naziri, eləcə də Meşələrin İnkişafı Departamentinin direktoru bu yazının dərcindən sonra Ağsu rayonunun Xanbulaq kəndinin Köhrüc ərazisində meşələrin mütəmadi olaraq qırılmasına cavabdeh olan şəxslərin qanunsuz əməllərinin təfərrüatlarını araşdıracaq və günahkarları ciddi cəzalandıracaqlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az








скачать dle 12.1