Bia.Az

GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİNDƏ NƏ BAŞ VERİR? - İTTİHAM VAR...

Fakt
 5-03-2024, 09:57     352

Dia-az.info-ya Göyçay rayonunun Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlunun şikayət məktubu daxil olub.

Şikayətçi yazır:

"Bildirirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı təhsil ocağıdır, həqiqətdə isə bura korrupsiya yuvasıdır. Hazırda kollecdə direktor səlahiyyətlərini Şahin Əliyev icra edir. O, 40 ilə yaxındır ki, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. Şahin Əliyev bu illər ərzində öz yerini kifayət qədər möhkəmləndirib. Göyçay rayonunun müxtəlif yerlərində malikanələri, bahalı avtomobilləri var. Ancaq gözdən pərdə asmaq üçün gündəlik işə "Tofas-Şahin" markalı avtomobillə gedir. Bundan əlavə, Bakı şəhərində və ölkəmizin digər regionlarında xeyli evləri, mülkləri var. Bir neçə bahalı aqrotexnikalar (traktor, kombayn) alıb, icarəyə verib. Əslində onun mülklərinin siyahısı daha genişdir. Şübhəsiz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor müavini işləyən şəxsin aylıq maaşla bu qədər var-dövlət əldə etməsi mümkünsüzdür.

Ş.Əliyev öz yaxın və uzaq qohum-əqrəbalarını kollecdə işlə təmin edib. Kollecin qarajında istismar müddəti başa çatmış avtomobil və texnikalar mövcuddur. Onlar qeyri-işlək vəziyyətdə olsa da, aylıq yanacaq pulu yazılır və həmin vəsait Ş.Əliyevlə aidiyyəti işçilər arasında bölüşdürülür. Kollecdə təxminən 1200-1300 tələbə var, onların əksəriyyəti qiyabi oxuyur və ya maraq qarşılığında dərslərdə iştirak etmirlər. Bütün semestrlərdə tələbələr yenə də maraq qarşılığında imtahandan yüksək nəticə əldə edirlər. Bəzi müəllimlərlə baş verən anlaşılmazlıq səbəbindən bu semestr Ş.Əliyev şəxsən özü tələbələrə köməklik göstərib. Hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor vəzifəsini icra edən Şahin Əliyevə qarşı böyük narazılıq yaranıb.

Mətbuat vasitəsilə Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və digər aidiyyəti orqanlara müraciət edərək xahiş edirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılsın, baş vermiş neqativ hallara cavabdeh şəxslər məsuliyyətə cəlb edilsinlər".
скачать dle 12.1