Bia.Az

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir VİDEO

Fakt
 21-02-2024, 16:58     226

Göyçay rayonu Qaraman kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən

ŞİKAYƏT

Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı "Təhsil "ocağı"dır, həqiqətdə isə bura "Korrupsiya yuvası"dır. Hazırda direktor səlahiyyətlərini Şahin Əliyev icra edir. O, 40 ilə yaxındır ki, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. Şahin Əliyev bu illər ərzində öz kürsüsünü kifayət qədər möhkəmləndirmişdir. Rüşvətxorluqla milyonlar əldə edib. Göyçay rayonunun müxtəlif yerlərində böyük malikanələri, bahalı avtomobilləri var. Hansıki gündəlik gözdən pərdə asmaq üçün işə "Tofas -Şahin" markalı avtomobillə gəlib-gedir. Bundan əlavə, Bakı şəhərində və ölkəmizin digər regionlarında evləri, mülkləri var. Bir neçə bahalı aqrotexnikalar (traktor, kombayn) alıb, icarəyə verib. Əslində onun varidatının siyahısı daha genişdir. Şübhəsiz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor müavini işləyən şəxsin aylıq maaşla bir belə var-dövlət əldə etməsi mümkünsüzdür. Şahin Əliyev öz yaxın və uzaq qohum-əqrəbalarını kollecdə işlə təmin edib. Kollecin qarajında istismar müddəti başa çatmış avtomobil və texnikalar mövcuddur. Onlar qeyri-işlək vəziyyətdə olsa da, aylıq yanacaq pulu yazılır və həmin vəsait Şahin Əliyevlə aidiyyəti işçilər arasında bölüşdürülür. Burada təxminən 1200-1300 tələbə sayı var, onları əksəriyyəti qiyabi oxuyur və ya maddiyyat qarşılığında aylığa buraxılıblar. Bütün smestirlərdə tələbələr rüşvət verərək imtahandan yüksək nəticə əldə edirdilər. Bəzi müəllimlərlə daxildə baş verən anlaşılmazlıq səbəbilə bu smestir Şahin Əliyev şəxsən özünə müraciət edən tələbələrə köməklik göstərir, haqqı deyən müəllimlərin xahiş etdiyi tələbələr isə imtahandan kəsilmiş hesab edilir. Hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Şahin Əliyevə qarşı böyük narazılıq yaranıb. Özünü süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışan Şahin Əliyev məgər yaxın keçmişini nə tez unutdu? Sanki tələbələrdən rüşvət tələbinə dair sabiq direktor İrşad Abbasovla yanaşı sosial şəbəkələrdə səs yazıları paylaşılan Şahin Əliyev deyil. Eyni zamanda, kollecdə uzun illərdir baş mühasib işləyən Mətanət adlı qadın sanki ailə ansambılı yaradıb. Özü, qızı, oğlu, kürəkəni hamısı yüksək vəzifələrdədir.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən çox xahiş edirəm, Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və aidiyyəti orqanlara tapşırıq verəsiniz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində şəffaf və obyektiv araşdırmalar aparılsın, korrupsiyaya bulaşmış Şahin Əliyev və digər şəxslər məsuliyyətə cəlb edilsinlər.
Tel: 0515450187
TEREF: Xocanin Blogu hamının üzünə açıqdır

скачать dle 12.1