"Baku Electronics"in kampaniya fırıldağı - GİLEY
"Şikayətim, uzun müddətdir müştərisi olduğum "Baku Electronics"dəndir". DİA.AZ bildirir ki, bu sözləri Bakı skini Mircavid Babayev "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşıb. Daha sonra narazı vətəndaş yazır:
"Demək, TV almaq istəyirəm, kampaniya elan etmişdilər, məişət texnikası alana, tozsoran hədiyyə başlığı ilə. Fikrimdə bunu tutmuşdum. 4-5 gün öncə, Baku elcronicsin səhifəsində yarışma keçirdilər, suala cavab verənə hədiyyə. Cavab verdim, sabahısı mənə cavab yazdılar ki, qalibsiz, hədiyyəniz də, tv alarkən soundbar hədiyyə ediləcək,(şəkillərdə hamısı var) məhz 15 nəfər qalibə aiddi bu. Lap yaxşı dedim. Promokod verdilər.
Bu gün (dünən) getmişəm yoldaşım və qızımla, bir bir məhsullara baxırıq. The Serif tv ni bəyəndim, dedim almaq istəyirəm, 3299 azn idi. Bildirdim ki, 3000+ azn məişət texnikası alana, tozsoran hədiyyə kampaniyanızdan yararlanmaq istəyirəm (şəkildə əlavə edilib). Dedilər bəli, var elə bir kampaniya. Dedim əla. Və mən qalib gəlmişəm, promokodum var, soundbar udmuşam. Yoxladılar, dedilər bəli. Alacaqsız, həm tozsoran (ümumi kampaniyadır deyə) həm də məhz siz soundbar udmusuz deyə, hədiyyə alacaqsız. Bura qədər hər şey qaydasında.
Sifarişi rəsmiləşdirdik, getdim kassaya, tozsoranı yoxladıq elədik, gəldim ödəniş etməyə. Səbətdə tozsoran və soundbar, kassada növbə gözləyirəm, 13:06da kassada növbə mənə çatdı. Təxminən 50 dəq kassada gözlətdilər. Dedim niyə belə uzun çəkir, 3-4 formada nələrsə dedilər, öncə dedilər prmokod alınmır, onu yoxladılar düz çıxdı, sonra dedilər tozsoranın kodu çıxmır, deyirəm ki bəs axı, 55 dəqdir uje, yoldaşım qızım maşında bayaqdan ac susuz gözləyir, 15 dəqlik işdi, niyə 50-55 dəqdi gözləyirəm alınmır? Dedilər dəqiqləşdiririk, müəllim 5cə dəqə bitir, darıxmayın. Deməli, saat oldu 14:00, ondan etibarən o 5cə dəqi 6-7 dəfə təkrarladılar, mən də aha indi həll olacaq, gedəcəm deyə deyə, 3 dəq də gözləyin vse deyə-deyə, saat 15:00da mənə dedilər ki, məllim hədiyyəni verə bilmirik. Deyirəm səbəb? Deyirlər ki, hədiyyə online sifarişlər üçündü, soundbar isə birbaşa burdan almağa mümkündü, online versəniz onu, burdan alsanız soundbarı veririk. Deyirəm axı bunu niyə indi deyirsiz? Bayaqdan tam başqa şey deyə deyə düz 2 saatdı məni də ailəmi də ləngidirsiz, həm də ki, saytda yazılmayıb axı məhz online sifariş üçün, bu hardan çıxdı? Orda belə qeyd edirsiz, 2 saat ləngidirsiz, sonra qərar dəyişib belə deyirsiz, müştərini niyə aldadırsız?
Cavab: yadımızdan çıxıb üzrlü sayın.
Belə cavab olar??? Günlərdi yadınıza düşmədi, indi yadınıza düşdü?! 2 saat insanları işindən gücündən avara edirlər, cavab da odu ki yadmızdn çıxıb. Sonra da saytda tez dəyişdirdilər ki, nə var nə var 2 hədiyyəni verməsinlər, ad da odu ki, “Məllim qalib olmusuz, şanslı 15 nəfərdən birisiz”
İllərdi müştəriləriyəm, amma bu günki yanaşma çox pis təsir etdi. Məmnuniyyət sıfır. TV ni almadan, elə oradaca çıxıb qayıtdım".
Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...