Bia.Az

"Başlı başına buraxıblar, bir əncam da çəkmirlər..." - ETİRAZ

Fakt
 7-02-2024, 14:18     196

"Şikayətim "Leobank"dandır. Bir dənə "AI" qoyublar sistemin başına, ürəyi nə vaxt istəyir ya kartı, ya hesabı bloklayır..." Dia-az.info xəbər verir ki, bu barədə "Müştəriin Səsi" sosial qrupundakı paylaşımında Rəsul Yusubov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Başlı başına buraxıblar, bir əncam da çəkmirlər. 1 ayda artıq 4-cü səfər oldu. İşimiz, gücümüz var. Mən nəğd saxlayan bir adam deyiləm, hesabım da bloklananda qalıram pulsuz. Zəng vurursan, telegrama yönləndirirlər, telegram da maşallah göz dəyməsin 10 saata cavab yazır. Təqribi 6 ay əvvəl Access Bank’ı applikasiya rahatlığına, komissiyasız card 2 card’a və apple pay’e görə Leo’ya dəyişdim amma 2024 başlayandan məni möhkəm peşiman edir. Qeyd edim ki, 7 illik access istifadəmdə bir dəfə belə bu cür bir halla qarşılaşmamışdım.
Yazmamın səbəbi Leo’ya keçməyi düşənlər varsa bir daha fikirləşməsi və bəlkə burda bir etiraz görsələr bu AI’ya bir əl eləməkləri üçündür".

"Başlı başına buraxıblar, bir əncam da çəkmirlər..."
скачать dle 12.1