Bia.Az

“Azəriqaz” müharibə veteranına 4643 manat borc yazıb -Giley

Fakt
 31-01-2024, 12:08     164

Abşeron sakini olan hərbiçi, müharibə vetranı Lalə Əhmədova bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yaşayış olmayan evinə 8842 manat borc yazılıb.

Bu barədə Sonxeber.az-a şikayət daxil olub.

L.Ə qeyd edib ki, bu barədə qaynar xəttə müraciət edib:

“Mən Lalə Əhmədova Nəsib qızıyam, hərbiçiyəm, müharibə vetranıyam. Hazırda xidmətimlə əlaqədar Beyləqan rayonu Milabad qəsəbəsində kirayədə yaşayıram. Mənim evim Abşeron rayon Digah qəsəbəsində yerləşir. Evimdə yaşamadığım halda mənim qaz sayğacıma cərimə yazılıb. Mən üç günlük məzuniyətə gəlmişdim, qazın kəsildiyini gördüm. Sayğacda isə 4643 manat cərimə yazıldığını gördüm. Qaz işçilərə həmin vaxt zəng edib soruşdum ki, “mən bu evdə qalmıram. Bu cərimə yazıla bilməz”. Mənə bildirildi ki, ərazidə qaz sızıntısı aşkar edilib. Amma mənim həyətimdə aşkar olunmayıb. Bildirildi ki, sizə borc yazılıb və siz özünüz qazın departamentinə müraciət etməlisiniz. Ancaq bu halda borc silinə bilər. Qaynar xəttə müraciət etdim. Mən qazın departamentinə rəsmi müraciət yazdım, poçtla göndərdim. Mənim ərizəmə hələ də cavab göndərilməyib. Sizdən xaiş edirəm bu barədə mənə köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1