Bia.Az

"Fuad Nəcəflinin də qəblunda olduq... amma xeyri olmadı..." - Şərurda sahibkar DAD DEYİR...

Fakt
 30-01-2024, 10:55     132

Şərur şəhərindəki köhnə bazar kimi tanınan ticarət mərkəzindəki yanğında maddi zərər çəkən bəzi sahibkarlar ədalətsizliklə üzləşdiklərini bildirirlər. Şikayətçilər deyirlər ki, onlar sığortalarını vaxtlı-vaxtında ödəsələr də, yanğında məhv olan malları üçün kompensasiya ala bilmirlər. Buna baxmayaraq, Şərur rayon prokurorluğu işi bağlamaq üçün zərərçəkənləri kompensasiya aldıqları ilə bağlı izahata qol çəkməyə məcbur edir.

Bundan əlavə, yanan bazarın yerində iki mərtəbəli ticarət mərkəzi tikilsə də, əvvəldən söz verildiyi kimi, heç də bütün sahibkarlara orada yer verilməyib. Sahibkarlar bildirir ki, mərkəzin müdiri Qasım Məmmədov həmin yerləri başqalarına satıb.
Ədalətsizliklə üzləşən sahibkarlardan biri də Şərur rayon Qarasənli kənd sakini Samur Məmmədovdur. O, başına gələnləri „Gündəlik Naxçıvan“a danışaraq, ədalətli bölgü və konpensasiya tələb edir.


Bazar ötən il oktyabrın 12-də yanmışdı. Bir çox iddialara görə, bu yanğın müxtəlif məqsədlərlə qəsdən törədilib.

VİDEO burada: baxmaq üçün bura tıklayın...
скачать dle 12.1