Bia.Az

Bakıda 6 nəfərlik ailə "Dadlıca” firmasına məxsus “Lyubitelskaya” kolbasasından zəhərlənibmiş — VİDEO

Fakt
 27-01-2024, 00:48     217

Xəbər verdiyimiz kimi yanvarın 11-də Binə qəsəbəsində bir ailənin 6 üzvü qidadan zəhərlənib. İlkin məlumatlarda ailənin kolbasadan zəhərləndiyi qeyd edilsə də, sonradan bu barədə heç bir rəsmi açıqlama verilmədi. Qidadan zəhərlənən ailənin başçısı Ruhin Əliyev İMEDİA TV-nin canlı yayımına qoşularaq, bildirib ki, Binə qəsəbəsindəki “Ocaq” marketdən aldığı “Dadlıca” firmasına məxsus “Lyubitelskaya” kolbasasindan zəhərləniblər.

Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Respublikasınin Qida Təhlükəsizliyi Agentliyi kolbasa və sosiska məhsulları ilə bağlı aşkarlanmış yeni uyğunsuzluqlarla bağlı yaydığı məlumatda “Dadlıca” firmasının bişmiş “Lyubitelskaya” kolbasasi da yer almışdı.

Sözügedən videonu təqdim edirik:

скачать dle 12.1