Bia.Az

Lənkəranda İBTİDAİ ŞƏRTLƏR - GİLEY

Fakt
 26-01-2024, 11:25     128

“Lənkəranda qarlı-şaxtalı havalarda şəhər mərkəzi də daxil olmaqla əksər kənddə işıqlar söndürülür, internet, telefon işləmir”.

Bunu Meydan TV-yə Lənkəran sakinləri bildiriblər. Onların sözlərinə görə, qar yağandan sonra Heydər Əliyev prospektində, Tofiq İsmayılov, Füzuli küçəsində, o cümlədən, Çıxəkəran, Göyşəban, Türkəkəran, Talışlı, Kərgəlan və digər kəndlərdə günlərlə işıq, internet olmayıb, telefonlar işləməyib.

Sakinlərdən Adil Bağırov bildirib ki, rayonun Türkəkaran kəndində qar yağandan sonrakı həftə ərzində internet olmayıb. Halbuki, hər ay abunə haqqı ödəyirlər. Dəfələrlə müraciət etmələrinə baxmayaraq kabellərin zədələndiyi bildirilib.

Həmçinin rayonun Şaxlasel kəndində də interrnet və telefon olmayıb. Digər sakin Muxtar Quliyev isə bildirib ki, şəhərin içində, kəndlərdə dirəklərin bir çoxu qəzalı vəziyyətdədir. İşıq xətləri qırılandan saatlar sonra bərpa edilir.

Sakinlər deyiblər ki, obyekt və məktəblər də qəzalı vəziyyətdədir. 10 saylı məktəb qardan sonra təhlükəli vəziyyətə düşdüyündən uşaqlar valideynlərin çoxsaylı şikayətləri ilə başqa məktəbə köçürülüblər. Çünki yağan qar, yağış sinif otaqlarına, məktəbin dəhlizinə dolur. Qapı-pəncərələr qırıq olduğundan uşaqlar sinif otaqlarında üst geyimləri ilə oturmaq məcburiyyətində qalırlar.

“Azərişıq” ASC-nin açıqlamasında isə deyilir ki, qar cənub rayonlarında elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacların aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb. Ancaq görülən fasiləsiz tədbirlərdən sonra enerjinin verilməsi bərpa edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildiriblər ki, təhlükəli vəziyyətə düşən 10 saylı məktəbin bu ilin sonunadək əsaslı təmiri nəzərdə tutulub. Həmin müddətədək şagirdlər digər məktəbdə təhsil alacaqlar.

Lənkəran Rayon İcra Hakimiyyətindən bildiriblər ki, güclü külək və qar zamanı bəzi fəsadlar yaranır, lakin ümumilikdə ciddi problem yoxdur. Baş verən fəsadların qarşısı alınır.
скачать dle 12.1