Bia.Az

Gürcüstandan Azərbaycana gələrkən Azərbaycan Gömrüyündə itmiş 750 milyon...

Fakt
 26-01-2024, 01:08     156

Ötən il Gürcüstandan Azərbaycana 862 milyon 70,1 min dollar dəyərində məhsul ixrac olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Statistika İdarəsi yayıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatında isə göstərilir ki, ötən il Gürcüstandan 126 milyon 381,6 min dollar dəyərində məhsul idxal edilib.

Hər iki ölkənin açıqladığı rəsmi məlumatlardan belə görünür ki, 2023-cü ildə Gürcüstan Azərbaycana 862 milyon dollarlıq məhsul satdığı halda, Azərbaycan Gürcüstandan 126,4 milyon dollarlıq məhsul alıb.

Qeyd edək ki, iki ölkənin açıqladığı məlumat arasında təxminən 7 dəfə fərq var.

Onu da bildirək ki, daha əvvəl də Azərbaycanın digər ölklərlə ikitərəfli ticarət əlaqələrində bu cür fərqlər olub. Hətta, 2016-cı ildə Dövlət Gömrük Komitəsi ticarət dövriyyəsində yaranan fərqlə bağlı açıqlama da verib.

 Həmin açıqlamada qeyd olunurdu ki, MDB ölkələrinin əksəriyyəti və xarici ölkələrlə xarici ticarət statistikasının göstəriciləri arasında fərqlər 40%-ə çatır. Ancaq, yaxın qonşumuz olan Gürcüstanla ticarət əlaqələrində 7 dəfəyə yaxın fərq olduqca böyük göstərici hesab olunmalıdır.скачать dle 12.1