Bia.Az

Dövlət Komitəsinin 1,2 milyonluq təmir tenderlərini – UDAN ŞİRKƏTLƏR

Fakt
 26-01-2024, 00:49     152

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri ilə bağlı 2 tendere yekun vurub. Qalib şirkətlərlə toplamda 1 212 732 manat məbləğində müqavilələr imzalanıb.

“Bakı şəhəri, Abşeron və Saatlı rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri” tenderinin qalibi “Turan.İ.O” MMC olub.

Şirkətlə 613 833 manat məbləğində müqavilə imzalanıb.

Dövlət Komitəsinin “Füzuli və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri işləri” tenderinin qalibi “Tunel-Metro İnşaat” MMC olub.

Şirkətlə 598 899 manat məbləğində müqavilə imzalanıb.

dia-az.info
скачать dle 12.1