Bia.Az

"Qar yağan gündən bu yana donuruq..." - GİLEY

Fakt
 22-01-2024, 13:02     104

"Şikayətim "Azəristiliktəchizat"dandır!" Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında giley olunur.

"Qar yağan gündən bu yana donuruq..."

Narazı vətəndaş daha sonra yazır: "1 həftədir ki istilik sistemi tamam dayanıb. Qar yağan günün səhərisindən bəri bildiyiniz kimi donuruq.. Zəng etmişəm, operator deyir ki, problem yoxdur...

"İşçi göndərək baxsınlar... görsünlər nə olub..." dedilər. Gözdədik... gəlmədi... Yenidən yığmışam, deyir, su sızıntısı var, ona görə bağlamışıq. 1 həftədir ki, su sızıntısını düzəldə bilmədilər guya?..

Deməli, qəsdən bağlayıblar, yoxsa bir xeyli işçi heyəti olan idarə üçün kiçik problemi (əgər həqiqətdirsə...) düzəltmək nə qədər çətin ola bilər ki?"

dia-az.info
скачать dle 12.1