Bia.Az

Azərbaycanda şirkət sahibi türk iş adamına “badalaq gəlir”- FOTO/FAKTLAR

Fakt
 14-01-2024, 01:49     307

2004-cü ildən Azərbaycan Respublikasının ərazisində tikinti və memarlıq işləri ilə məşğul olan “ODEİON” şirkətinin sahibi, hansı ki, qardaş Türkiyə dövlətinin vətəndaşı olan Tolqa Atıcı Axmed oğlunun üzüzə qaldığı problemin varlığı, bəlkə də bu gün müəyyən çevrələrdə daha çox müzakirə olunan məsələlərdən biridir desək, heç də yanılmarıq.

Unutmaq olmaz ki, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini əsirgəməyən, bir sözlə bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikasının vətəndaşına qarşı olmazın fırıldaq əməllərin atılması nə hüquqa, nə də ki, mənəviyyata sığan məsələ deyil. Fakt odur ki, qeyd olunan məsələ olduqca həssas və diqqəti cəlbedən məsələlərdəndir. Buna görə də, qardaş ölkənin vətəndaşı olan Tolqa Atıcı, hələ də ölkəmizin dövlət qurumlarına olan inamını itirməyib. Bugünlərdə gundemxeber.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxs tərəfindən müraciət, eyni zamanda lazımi məlumatlar da daxil olub. Məsələn, “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı ünvanladığı müraciətində qeyd edir ki, “ODEİON” şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bu şirkət əsas etibarilə tikinti və memarlıq işləri ilə məşğul olur. Qeyd edim ki, rəhbərlik etdiyim bu şirkət ilə “AS İNŞAAT-N” şirkəti arasında 2005-ci ildən işbirliyi olub və 2010-cu ilə kimi biz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişik.

Hətta, 2019-cü ilin iyul ayından 2023-cü ilin iyul ayına kimi də, bir sıra layihələrdə iştirak edib lazımi işlər görmüşük. Sifarişçilər tərəfindən görülən işlərə görə pullar tam ödənilsə də, Nişirəvan Cəlilov həmin pulları mənimsədi və “ODEİON” şirkətinə, eyni zamanda podratçı şirkətlərə olan borclarını ödəməkdən imtina etdi. Belə bir səbəbdəndir ki, aramızda borc məsələləri ilə bağlı bu gün də ciddi problemlər yaşanmaqdadır.

Əvvəllər “ASOROUP” adı altında fəaliyyət göstərən bu şirkətə Nişirəvan Cəlilov rəhbərlik edib. 2019-cu ildən 2023-cü ilə kimi isə, bu şirkətin adı “AS İNŞAAT-N” şirkəti olub. 2023-cü ilin yayında Nişirəvan Cəlilov şirkətin direktoru vəzifəsindən uzaqlaşdı və onun daşıdığı vəzifəni əslən İran İslam Respublikasının (İİR) vətəndaşı olan Babək Nuşirəvani daşımağa başladı. Belə bir halın varlığı, yəni İİR-sı vətəndaşının şirkət rəhbərliyinə gətirilməsi, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, AS İNŞAAT-N” şirkətini İran vətəndaşı ilə hansı tellər bağlayır? Onu da bildirim ki, 17 may 2021-ci il tarixdə “ODEİON” şirkəti ilə “AS İNŞAAT-N” şirkəti arasında 01921 saylı müqavilə sənədi bağladıq və müqavilə sənədini qarşı tərəfdən Nişirəvan Cəlilov imzaladı. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim şirkət bir çox tikinti işlərini həyata keçirdi və bunun qarşılığında “AS İNŞAAT-N”-ın bizə, yəni “ODEİON” şirkətinə 171000 manat məbləğində borcu yarandı.

Bundan əlavə, 29 noyabr 2021-ci il tarixdə “AS İNŞAAT-N” şirkəti ilə 03221 saylı növbəti müqavilə sənədi bağladıq. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim “ODEİON” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda elektrik işlərinin çəkilişini həyata keçirdi və görülən işlərin qarşılığında “AS İNŞAAT-N”-ın “ODEİON” şirkətinə 212447 manat məbləğində borcu əmələ gəldi. Qeyd edim ki, bütün bunlar elektron qaimələrlə vurulub və qarşı tərəf də qaimələri təsdiq edib. Buna baxmayaraq, “AS İNŞAAT-N”-ın rəhbərliyi bu gün də bizə olan borclarını ödəmir və belə bir səbəbdən də, podratçı şirkətlərlə aramızda olan münasibətlər pozulmağa başlayıb.

Artıq podratçı şirkətlər rəhbərlik etdiyim “ODEİON” şirkəti ilə bağlı Kommersiya Məhkəməsinə müraciət ediblər. Ötən altı ay ərzində “AS İNŞAAT-N”-ın rəhbər şəxsləri keçirdikləri iclaslarda bizə və podratçı şirkətlərə olan borc məsələlərini müzakirə etsələr də, son anda onlar ödəməli olduqları borcu ödəməkdən imtina edirlər, hətta forma-2 də təsdiq etmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün “ODEİON” şirkəti ilə vergi orqanları arasında hədsiz narazılıqlar da əmələ gəlib. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, bu gün “AS İNŞAAT-N” şirkətində direktor vəzifəsini daşıyan Babək Nuşirəvani qeyd olunan borcu ödəməkdən imtina edir. Bu şəxs bəhanə olaraq onu qeyd edir ki, “Müqavilə sənədi şirkətin əvvəlki rəhbəri Nişirəvan Cəlilovla bağlanıb. Ona görə də 383447 manat borcu Nişirəvan Cəlilovdan almalısınız” deyib, bu yolla ortaya minbir bəhanələr gətirir.

Amma, bu şəxs onu qeyd etmir ki, bunun nə fərqi var? Axı, rəhbərlik dəyişsə də, şirkət öz yerindərir və hal-hazırda da fəaliyyətini davam etdirir. Onu da qeyd edim ki, ana vətənim Türkiyə Cumuriyyətidir, amma Azərbaycan Respublikası da mənim üçün olduqca əzizdir, qardaş dövlətdir. Mən Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da bu ölkədə yaşamaq niyyətindəyəm”.

P. S. Bütün bunları qeyd etməklə belə qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanı da öz doğma vətəni hesab edən “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı Axmed oğlunun üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməzdir. Çünki, Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə hər zaman ölkəmizin mövqeyini müdafiə edən, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə sığmır.
Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Azскачать dle 12.1