Bia.Az

Keçmiş bələdiyyə sədri 15 hektar yeri mənimsəyib... - "Bizə düşən haqqı vermirlər..."

Fakt
 10-01-2024, 17:29     196

Ağdaş rayonunun Dəhnəxəlil kənd sakini 4 uşaq atası Məhərrəmov Elşən bildirir ki, Ağdaş rayonunda bələdiyyənin ehtiyat fonduna torpaq almaq üçün müraciət edib, lakin ona torpaq sahəsi ayırmayıblar.

Şikayətçi əlavə edir ki, bələdiyənin ehtiyat fondunda olan 15 hektar torpağı keçmiş bələdiyyə sədri mənimsəyib.

O deyir ki, yeni təyin olunmuş bələdiyyə sədri Ayaz Abdullayevə torpaq üçün müraciət edib, Abdullayev ona mənim fondumda torpaq olmadığı üçün torpaq ayıra biımədiyini söyləyib.

O, adiyyatı qurumlara müraciət edərək ona yardım etmələrini xahiş edir.

dia-az.info
скачать dle 12.1