Bia.Az

Hərbçi maşınını geri ala bilmir: “Pulu ödəsəm də, “Həmid Avtosalon” maşınımı vermir”

Fakt
 9-01-2024, 12:17     127

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N saylı hərbi şəhərcikdə yaşayan Mahmudov İnşallah Əzimi oğlu DİN-ə müraciət ünvanlayıb. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxsin şikayəti borc məsələsi ilə bağlıdır.

Belə ki, o yazır ki, Cəfərova Xəyalə Mürvət qızı ilə Sumqayıt şəhəri, DYP-imtahan və qeydiyyat şöbəsində 90 HA 353 dövlət qeydiyyat nişanlı “DAEWOO NEXIA” markalı avtomobil onun istifadəsində olub. Lakin İnşallah Mahmudova təcili pul lazım olduğu üçün Sumqayıt şəhərində yerləşən “Həmid avtosalon”un müdiriyyəti ilə qarışılıqlı razılığa gələrək, ondan 15 ay müddətinə faizlə 3000 manat pul götürüb. “Lakin mənə bildirdilər ki, bunun üçün maşınımı girov qoymalıyam. Mən də bu şərtlə razılaşandan sonra Sumqayıt şəhəri, DYP-imtahan və qeydiyyat şöbəsində onun yaxın tanışı olan Cəfərova Xəyalə Mürvət qızı adlı şəxsi çağırıb avtomobili onun adına rəsmiləşdirməyi, borcumu tam qaytardıqdan sonra yenə də, mənim avtomobilimin adıma rəsmiləşdirəcəyini bildidilər. Bundan sonra “Həmid avtosalon”una tərəfimdən 15 aylıq, ayda 370 manat pul vəsaiti ödəməklə ümumilikdə 5550 manat pul vəsaiti qaytarmağı öhdəmə götürdüm. Həmin öhtəliyi vaxtı vaxtında yerinə yetirmiş, eyni zamanda, cavabdehlə 06.06.2023-cü il tarixdə AR DİN BDYPİ Qİİ –də alqı-satqı müqaviləsi bağlanmışdır”.

Amma pul tam ödənilsə də, qarşı tərəf maşını hərbçiyə qaytarmaqdan imtina ediblər. “5 aydır məni “yola verirlər”. Cavabdeh hər dəfə məndən sui-istifadə etməklə, son on gün gecikməyə görə 200 manat məndən pul vəsaiti alaraq, əlavə ödədikdən sonra mənə “güya ki, problemli şöbəyə düşmüşdür” demişdir. Əlavə olaraq məndən 1000 manat pul vəsaiti ödəniş etməyini bildirsələr də, mən bununla razılaşmadım”.

İnşallah Mahmudov yazır ki, Cəfərova Xəyalə Mürvət qızı əvəzinə ( Vüsalə adlı xanım) onun avtomobilini evekatorla aparıb. “Bu mənim əmlakımı mənimsəməkdir. Ona görə də, xahiş edirəm ki, Sumqayıtda yerləşən “Həmid Avtosalon” rəhbərliyi, avtomobilimi əlimdən almış Cəfərova Xəyalə Mürvət qızı və onların adından çıxış edən Vüsalə adlı xanımla bağlı araşdırma aparıb, qanuni tədbir görəsiniz”.

Qarşı tərəfi də dinləməyə hazırıq.скачать dle 12.1